“İlham Əliyevin məni xatırlaması çox şeyə dəyər”

19:59 08-09-2020 | icon 155 | Mədəniyyət
“İlham Əliyevin məni xatırlaması çox şeyə dəyər”

“Bütün səmimiyyətimlə İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun. Bir neçə ildir görüşmürük və onun məni xatırlayıb diplom göndərməsi çox şeyə dəyər”.

 

Versus.az xəbər verir ki, bunu akademik Alevtina Brovkina “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması ilə əlaqədar deyib.

 

 

 

“Bilirsiniz, dostluq hissi həmişə qalır. Bir vaxtlar elə oldu ki, 80-ci illərdə həyat məni ecazkar insan Zərifə Əliyeva ilə bir araya gətirdi. O vaxtdan bəri Azərbaycana aşiq oldum və bu 40 ildə çox sayda azərbaycanlı dost qazandım”, - o söyləyib.

 

“Təəssüf ki, bu il koronavirus bizi azərbaycanlı həmkarlarımızdan ayırdı. Görüş keçirilməli idi, ancaq alınmadı. Bununla belə, bunun əvəzini çıxacağımızı düşünürəm. Dekabrda Rusiya Oftalmologiya Konqresi keçiriləcək və tədbirə Azərbaycanın Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutundan olan həmkarlarımız da dəvət olunub. İnstitutun binası mənim üçün dəyərlidir, çünki onu yalnız təməli qoyulan zaman görmüşəm və indi isə yaraşıqlı saraydır. Ümumiyyətlə, Bakı özü yaraşıqlı, bayram əhval-ruhiyyəli, lüks şəhərdir, xüsusən də 80-ci illərlə müqayisədə”, - A.Brovkina söyləyib.

 

Azərbaycan oftalmoloqları ilə əməkdaşlıqdan danışan akademik əksər məsələlərdə oxşar fikirlərə sahib olduqlarını vurğulayıb: “Xəstələrə münasibət, yeni texnologiyaların tətbiqi və s. məsələlərində azərbaycanlı həmkarlarımızla hər şeyi eyni cür qəbul edirik”. /report/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

Metro açılır

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO

“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”