"Sosial böhranın yaşanmaması üçün ticarət mərkəzləri də açılmalıdır"

10:38 09-09-2020 | icon 125 | Sosial
"Sosial böhranın yaşanmaması üçün ticarət mərkəzləri də açılmalıdır"

Dinarə Məmmədova: "Avtobuslardakı sıxlıq bəyəm metroda olacaq sıxlıqdan təhlükəsizdir?"

 

"Karantin müddəti sentyabrın 30-na qədər uzadılsa da, müəyyən karantin qaydaları ləğv olundu. Məktəblər və bağçalar açılır, rayonlara gediş-gəlişə, restoranların tam fəaliyyətinə icazə verilib".

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında ALDP sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

Yumşaldılmalara baxmayaraq, ticarət mərkəzləri və metroların hələ də bağlı olmasının yaxşı hal olmadığını deyən Dinarə xanım vurğulayıb ki, metro işçiləri evdə oturduqlarına görə bu karantin dövründə maaşlarını alıblarsa da, ticarət mərkəzlərində on minlərlə sahibkar şıxılmaz vəziyyətdədir:

 

"Bu sahibkarlar öz işçilərinə haradan maaş versinlər? Özləri necə dolansınlar? Beş aydır ki, obyektlər bağlanıb. Sahibkarlar xaricdən aldığı malların pulunu ödəyə bilmirlər. Yaxın günlərdə ticarət mərkəzləri açılmasa, illər boyu işləyib xaricdə etibarlı partnyor adı qazanan sahibkarların əksəriyyəti bankrot olacaq. Bu da, Azərbaycanın biznes mühütinə böyük zərbə olacaq, inamsızlıq yaranacaq. Axı niyə metro və ticarət mərkəzlərin açılmasına qərar verilmir? Avtobuslarda olan sıxlıq bəyəm metroda olacaq sıxlıqdan təhlükəsizdir? Bəyəm böyük marketlərdə insan axını ticarət mərkəzlərə gələnlərdən azdırlar? Əslən yox".

 

D.Məmmədova qeyd edib ki, sosial böhran yaşanmamaq üçün ticarət mərkəzləri də açılmalı, xaricə gediş-gəliş bərpa olunmalıdır:

 

"Kiçik və orta sahibkarlar üçün gömrük və vergi güzəştləri olmalıdır. Dövlətin inkişafı kiçik və orta biznesin inkişafından keçir. Kiçik və orta biznes mühüti güclü olsa dövlət də güclü olacaq".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”