Ögey qız işgəncəyə məruz qaldı - FOTO/VİDEO

11:31 09-09-2020 | icon 69 | Cəmiyyət
Ögey qız işgəncəyə məruz qaldı - FOTO/VİDEO

Azyaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Ögey ata bıçağı qızdırıb uşağın əlinin üzərinə basıb.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

 

O bildirib ki, bu barədə ona videogörüntülər sosial şəbəkələrdən göndərilib:

 

“Mənə deyilənə görə, hadisə dünən Sumqayıt səhəri İnşaatçılar qəsəbəsində baş verib. Uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Bu videonu sosial şəbəkələrdən mənə göndəriblər. Atalığın adının Əli olduğu deyilir. İlkin ehtimala görə, qızın 11 yaşı var. Uşaq da açıq aşkar atalığı tərəfindən bıçağın qızdırılaraq əlinin üstünü yandırmasını təsdiq edir.

Şiddət görən uşaq qaçıb qonşulara sığınıb. Aldığım məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə qonşular tərəfindən müraciət olunub. Hazırda onlara qarşı da uşağın anası və atalığı tərəfindən təzyiqlər var. Əlbəttə uşağın ailəsi hər vəchlə çalışacaq ki, bu məsələni ört-basdır etsin. Şəxsən mən bu məsələni nəzarətsiz qoymayacağam”.

 

K.Ağazadə məsələyə aidiyyəti qurumlar tərəfindən dərhal reaksiya veriləcəyinə inandığını qeyd edib:

“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi operativ şəkildə də bu məsələyə reaksiya verəcək, buna əminəm. Əmin olmadığım isə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və uşaq hüquqlarının müdafiəsi komissiyasının reaksiya verməsidir. DİN Sumqayıt Şəhər Polis İdarəsinin ərazi üzrə bölməsinin də ciddi araşdırma aparacağına böyük ümid bəsləyirəm”. /oxu.az/

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ