Yeni təyin ediləcək müavinətlərin məbləğləri açıqlandı

13:29 09-09-2020 | icon 163 | Sosial
Yeni təyin ediləcək müavinətlərin məbləğləri açıqlandı

Övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 480 manat müavinət verilməsi nəzərdə tutulur.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

 

O qeyd edib ki, təklif olunan məsələ “Sosial müavinətlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Layihədə bildirilib ki, bu müavinətlər, övladlığa götürülməsi üçün az müraciət olunan uşaqlara aiddir.

 

Həmin müavinətin alınması üçün uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edilməlidir.

 

Layihə qəbul edilsə, bu müavinətlər 2021-ci ilin yanvarın 1-dən müvafiq şəxslərə təyin olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi