Ramiz Mehdiyevlə Əli Həsənov kafedra müdirliyindən də çıxarılır - FOTO

14:16 09-09-2020 | icon 247 | Siyasət
Ramiz Mehdiyevlə Əli Həsənov kafedra müdirliyindən də çıxarılır - FOTO

Onların yenidən namizədliklərini irəli sürəcəkləri inandırıcı görünmür

 

Prezident yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağındakı altı kafedraya müdir vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

 

Bunlar aşağıdakı kafedralardır: 

 

Politologiya  və siyasi idarəetmə - kafedra müdiri

Dövlət qulluğu və kadr siyasəti - kafedra müdiri

Beynəlxalq münasibətlər və xarici siyasət - kafedra müdiri

Dövlət idarəetməsi  və menecment - kafedra müdiri

Fəlsəfə və sosial psixologiya - kafedra müdiri

Dillər - kafedra müdiri 

 

Müsabiqə ilə bağlı elanda bildirilib ki, bu istiqamətlər üzrə vəzifələrin tutulması üçün elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

 

“Sənədləri elan dərc edilən gündən bir ay müddətində təqdim etmək olar”, - deyə akademiya bəyan edib.

Müsabiqə 2020-ci il sentyabrın 4-də elan edilib.

 

Versus.Az xəbər verir ki, elanda diqqətçəkən məqam müsabiqəyə çıxarılan Dövlət qulluğu və kadr siyasəti ilə Beynəlxalq münasibətlər və xarici siyasət kafedraları ilə bağlıdır. Çünki hazırda bu iki kafedraya ölkənin ictimai-siyasi arenasında tanınmış simalar rəhbərlik edirlər.

 

Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, yarandığı gündən indiyədək Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur.

 

Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.

 

Beləliklə, Dövlət İdarəçilik Akademiyası həmin kafedralara yeni müdir axtarmaqla Ramiz Mehdiyev və Əli Həsənovla vidalaşmağa hazırlaşır.

 

82 yaşlı akademik Ramiz Mehdiyevin, eləcə də sağlıq durumundakı ciddi problemlər səbəbindən hazırda Türkiyədə müalicə olunan Əli Həsənovun yenidən həmin kafedraların müdirliyinə öz namizədliklərini irəli sürəcəyi inandırıcı görünmür. /modern.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ