Deputat və bir qrup ziyalı şəhidlərimizin ailələrini ziyarət edib

16:01 09-09-2020 | icon 215 | Cəmiyyət
Deputat və bir qrup ziyalı şəhidlərimizin ailələrini ziyarət edib

Millət vəkilləri Qənirə Paşayeva, Tamam Cəfərova, “Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk və “Rəsm” şirkətinin rəsmiləri iyul döyüşlərində Tovuzda şəhid olan yüksəkçinli zabitlərimiz – general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.

 
 
Versus.Az xəbər verir ki, şəhidlərimizin anaları, ailə üzvləri ilə ətraflı və səmimi fikir mübadiləsi olub.
 
 
"Nur içində yatsın qəhrəman şəhidlərimiz. Qəhrəman şəhidlərimizin gözəl analarına, əziz ailələrinə dövlətimiz və millətimiz hər zaman yanınızdadır, hamımız üçün çox dəyərlisiniz, biz hər zaman sizin kimi fədakar analar, şəhidlərimizin həyat yoldaşları və Polad qardaşımız, İlqar qardaşımız kimi fədakar qardaşlarımızla fəxr edirik" - deyən millət vəkilləri Qənirə Paşayeva, Tamam Cəfərova, “Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk hamımız qəhrəman şəhid oğul və qızlarımızın, İlqar Mirzəyev, Polad Həşimov kimi dəyərli Vətən oğulları minlərlə gəncimiz üçün örnək olduğunu bildiriblər.
 
 
“Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk görüş zamanı deyib ki, Türkiyə olaraq qardaş Azərbaycandakı şəhid ailələrimizin hər zaman yanındayıq.
 
 
“Rəsm” şirkətinin rəsmiləri də şəhid ailələrimizin hər bir azərbaycanlı üçün çox dəyərli olduğunu vurğulayıb.
 
Dəyərli şəhidimiz general Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, bütün əziz şəhidlərimizi hər zaman sevgi, sayğı və rəhmətlə anacağıq. Allah hər zaman şəhid ailələrimizin yardımçısı olsun.
 
Bir daha, Tovuz istiqamətində olan döyüşlərdə şəhid olan hərbçilərimiz də daxil olmaqla bütün şəhidlərimizi rəhmətlə yad edir, ruhlarına ehtiramımızı bildiririk! Nur içində yatsınlar!
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO

“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”

TƏBİB rəsmisi xəbərdarlıq etdi - VİDEO