Əli Həsənovun müalicə aldığı deyilən klinikadan AÇIQLAMA

17:00 09-09-2020 | icon 262 | Cəmiyyət
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan AÇIQLAMA

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.

 

Versus.Az Yenisabah.az-a istinadən xəbər verir ki, sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. 

 

“Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur”, - deyə klinikanın əməkdaşı bildirib.

 

Halbuki bir müddət əvvəl Əli Həsənovun “Ersek” ürək-cərrahiyyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən “Ersek” klinikasına yerləşdirilib.

 

Əli Həsənovun sözügedən klinikada müalicə olunması barədə xəbər onun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qanunsuzluqları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqına təqsirləndirilən şəxs kimi cəlb olunması barədə yayılan məlumatla eyni vaxta təsadüf edir.

 

Keçmiş köməkçi özü də istintaqa cəlb olunması barədə xəbərə münasibət bildirmişdi. O, məlumatın əsassız olduğunu, hazırda Türkiyədə müalicə aldığını və hər şeyin yaxşı olacağı təqdirdə 10-15 günə Azərbaycana qayıdacağını qeyd etmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ