Çingiz Abdullayevdən rus məktəblərinin bağlanmasını istəyənlərə sərt CAVAB

09:20 10-09-2020 | icon 175 | Cəmiyyət
Çingiz Abdullayevdən rus məktəblərinin bağlanmasını istəyənlərə sərt CAVAB

“Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz"

 

Xalq yazıçısı Çingiz Abdullayev rus məktəblərinin bağlanmasını istəyənlərə qarşı çıxıb.

 

Versus.Az xəbər verir ki, yazıçı “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasını istəyən yerli millətçiləri tənqid edib.

 

O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil:

“Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

 

Buna baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rus və ingilis dillərindəki çıxışlarını nümunə gətirərək aralarında ölkə başçımızın xeyrinə olan böyük fərqi qeyd edib.

 

Ç.Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib.

 

“Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz… Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var.

Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki, kimsə bizə bunu yaratmaqda mane olur. Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz – budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə. Bir yerli “fəal”ın dediyi kimi, “biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”".

 

Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb:

 

“Bəlkə o zaman bir anda iki azərbaycanlı televiziya ekranlarında görünəcək və biz başqalarının lobbisini yada salmayacağıq. Həqiqətən, xəyal qurmaq zərərli deyil”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”