"Ramiz Mehdiyev iz azdırır"

14:45 10-09-2020 | icon 219 | Siyasət
"Ramiz Mehdiyev iz azdırır"

Hafiz Hacıyev: "Həmin məmurlara böyük cəza verilməlidir"

 

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı “Təzadlar”a açıqlama verib.

 

Versus.Az xəbər verir ki, R.Mehdiyev həmin açıqlamasında bildirib: "Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir – nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”.

 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vurğulayıb ki, Sevinc Osmanqızı, Qənimət Zahid və digəriləri ölkədə yüksək vəzifə tutanlar tərəfindən himayə edildiyini vurğulayıb.

 

MMP sədri qeyd edib ki, belə bir proses varsa, bu, hamıya şamil edilməlidir:

 

"Bəzi qüvvələr onların ölkəyə gətirilməsinə maneə olurlar. Çünki qorxurlar ki, pul verilməsi və öyrədilməsi ortaya çıxacaq. Ona görə də bu məsələlərin üstünün açılmaması üçün müxtəlif oyunlar oynanılır. Mən gedən proseslərdən narahatam. Ramiz Mehdiyev mətbuata açıqlamasında hədələdi ki, kimlərin adını açıqlasam, dünya dağılacaq. Əslində xaricdə aparılan bütün söyüş kampaniyasının başında Ramiz Mehdiyev və onun köməkçisi Əli Həsənov durur. Bu gün Əli Həsənov ölkədən qaçıb”.

 

Hafiz Hacıyevin fikrincə, R.Mehdiyev "əlimdə önəmli faktlar var" deyib kimlərisə hədələyirsə, deməli, elə özü cinayətkarlar yetişdirib:

 

"O, hazırda iz azdırır. Xaricdə onlara əzabkeş obraz yaratdılar, guya demokratiya uğrunda mübarizə aparırlar. Ona görə də Azərbaycan hökuməti onları sıxır. Gəlin onlara sığınacaq verək ki, ölkəyə gətirilməsin. Çünki hüquq mühafizə orqanları onlardan ifadə alanda kimlərin maliyyələşdirildiyi bilinəcək. Necə ki, Qurban Məmmədov açıb söylədi ki, son zamanlar kimlər onların yanına gəlib. Həmin məmurlara böyük cəza verilməlidir. 

 

Mən 10 il bundan öncə söyləmişəm ki, bunların arxasında Ramiz Mehdiyev dayanır. Ona görə də cəzalandırılmalıdır.

Qoymaq lazım deyil ki, o, iylənsin, çünki iyləndikcə ölkəmiz üçün problem ola bilər”. /konkret.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Prezident Administrasiyasını heçə sayan “Konstra” MKT-nın QURBANLARI

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR