"Ermənistanda Sorosun marionet rejimi var"

15:12 10-09-2020 | icon 262 | Geopolitika
"Ermənistanda Sorosun marionet rejimi var"

Fuad Əliyev: "Ermənilər müharibə yolu seçsələr... layiqli cavablarını alacaqlar"

 

"Ermənilər illər boyu iştirak etdikləri danışıqlarda sadəcə imitasiya ediblər. Bu münaqişənin həlli uzadıldıqca, onlara xeyir verir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri bu gün gündəmini tutan "Ermənistanla müharibənin başlanması mümkündürmü" sualına aydınlıq gətirərək, sualın bu cür qoyulması ilə razılaşmadığını vurğulayıb:

 

"Biz işğalda olan torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyatlara başlamalıyıq. Hə, bu olan təqdirdə, Ermənistan Dağlıq Qarabağ separatçılara hər hansı bir hərbi dəstəyi verəcəksə, bu demək olacaq ki, ermənilər müharibə yolu seçiblər. Ermənilər müharibə yolu seçsələr, hesab edirəm ki, layiqli cavab alacaqlar. Ermənistan rəhbərliyi bütün danışıqlardan imtina edib. Hər gün ermənilər atəşkəsi pozurlar. Ermənistan rəhbərliyi nümayişkaranə şəkildə beynəlxalq normaları pozaraq qondarma “DQR” səfər edir. Paşinyanın xanımı silah əlində poza verib şəkil çəkdirir. Suriya və Livandan erməniəsilli ailələri qondarma “DQR” köçürürlər. Bunlar onu göstərir ki, ermənilər illər boyu iştirak etdikləri danışıqlarda sadəcə imitasiya ediblər. Bu münaqişənin həlli uzadıldıqca, onlara xeyir verir".

 

ALDP sədri qeyd edib ki, bu illər ərzində Azərbaycan sülh danışıqların tərəfdarı olub. Amma 2016 il aprel döyüşlərdən sonra müharibə notları daha çox səslənir:

 

"Əslində Azərbaycan çox çətin bir durumda olub. Fikir verin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ və Fransada ciddi və güclü erməni təşkilatları fəaliyyət göstərir. Rusiya isə regionda əsrlər boyu erməni faktorundan istifadə edib. Ermənistan respublikasını yaratmaq üçün bizə torpaq payın verilməsin “məsləhət” görüb. Burda sözsüz ki, din amilli də var. İndi nə dəyişib? Ermənistanda Sorosun marionet rejimi var. Bu da Moskvanı ciddi narahat edir. Paşinyanın demokrat libasında hakimiyyətə gəldiyindən sonra siyasətini 180 dərəcədə deyişdi. Onun və yaxınlarının adının korrupsiya işlərində hallanması ABŞ dəstəyin azalmasına gətirib çıxardıb. Belə olan halda biz təbliğat mexanizmi gücləndirməliyik. Təkcə ABŞ, Fransa və Rusiyada yox, digər ölkələrdə bizim diaspor təşkilatların fəaliyyətlərini aktivləşdirməliyik. Bütün bunlarla yanaşı, əsas bizim hərbçilərimiz hazır olmalıdırlar və biz də cəmiyyət olaraq onların arxasında durmalı, onlara dəstək verməliyik".

 

Qeyd edək ki, son aylar, xüsusən də Tovuz döyüşlərindən sonra, Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması təkliflər irəli sürülür. Maraqlıdır, Dağlıq Qarabağ torpaqlarının işğaldan azad olunmasında bu, nə dərəcədə bizə kömək olacaq?

 

Fuad Əliyev vurğulayıb ki, Türkiyə və Azərbaycan hər il hərbi təlimlər keçirir. Hərbi mütəxəssislər təcrübə ilə bölüşürlər. Çox yaxşı olardı ki, hərbi bazalar da yaradılsın:

 

"Yeri gəlmişkən, Türk dövlətinə, qardaş türk xalqına Qarabağ məsələsində dəstəyə görə minnətdarlığımı bildirirəm. Burada qardaş Türkiyənin hərbi qüvvələrinin bazalarının yaradılması, əslində Rusiyanın bu məsələyə qarışmasının qarşısını almaq məqsədilə olmalıdır. Amma hərbi bazaların yaradılması o anlam gəlməsin ki, türk hərbçilər bizim əvəzimizə işğalda olan torpaqları azad edəcəklər. Bunu bizim əsqər etməlidir, biz etməliyik".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi

Lazım gələrsə, Şura Azərbaycan və Ermənistan nümayəndələri ilə görüş keçirəcək

Gəncədə ağır qəza

Bu komanda Çempionlar Liqası ilə vidalaşdı

Tarixə ekskursiya: Madlen Olbrayt BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətnaməsini oxuyur - VİDEO

Paşinyan erməni nümayəndə heyətinin Rusiya səfərini ləğv etdi

Aktyor olmaq istəyən Milli Qəhrəman - FOTO

Cəbrayıl istiqamətində düşmənin döyüş texnikaları məhv edildi

Bu məşhur məkanlar Azərbaycan bayrağı ilə işıqlandırıb - FOTO

Bu təhsil müəssisələrində hansı qaydalara əməl olunmalıdır?

Qarabağda döyüşmək istəyən Türkiyə vətəndaşlarından həmrəylik - VİDEO

Ermənilərin ərazilərimizə atdığı aviabomba və raketlər aşkarlandı - FOTO

Azərbaycan Ordusundan uğurlu əməliyyat - VİDEO

“Bu tip şişkinliklər olduqda həkimə müraciət etmək məsləhətdir”

Ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib

Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib - VİDEO

“Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim”