Deputatdan NATO PA-ya TƏKLİF

15:23 10-09-2020 | icon 198 | Siyasət
Deputatdan NATO PA-ya TƏKLİF

Sentyabrın 9-da NATO Parlament Assambleyasının Təhlükəsizliyin Milli Ölçüsü Komitəsinin videokonfrans formatında iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

İclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Kamran Bayramov iştirak edib.

 

Gündəliyə “Çin və qlobal liberal quruluş”, “NATO haqqında məlumatın və təhsilin artırılması” barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilib. Çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

 

İclasda çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, NATO haqqında məlumatın və təhsilin artırılmasına dair hesabat layihəsi NATO haqqında məlumatın və təhsilin artırılması üzrə səyləri tam əhatə edib.

 

“Bu sahədə NATO-nun yanaşmaları və təşəbbüslərinə xeyli yer ayrılıb, bununla bağlı üzv olan dövlətlərin fəaliyyətinin müstəsna əhəmiyyətini tam əks etdirib. Eyni zamanda, əminik ki, ayrıca dövlətlər misalında konkret nümunələrin verilməsi də NATO haqqında ictimaiyyət arasında məlumatlılığın artırılması işində öz dəyərli töhfəsini verəcək”, - deyə K.Bayramov əlavə edib.

 

Deputat hesabat layihəsinin NATO-nun əlaqələri və “COVID-19 pandemiyası” adlı IV bəndinə dair təklif verib.

 

Bu bənddə deyilir ki, NATO böhranla mübarizədə üzv olan dövlətlərin əldə etdiyi qabaqcıl təcrübənin mübadiləsini təşviq edir. Təklif bu cümləyə “üzv olan dövlətlər” sözlərindən sonra “assosiativ üzvlər” sözlərinin daxil edilməsindən ibarətdir.

 

“Məsələn, NATO-nun assosiativ üzvü olan Azərbaycan dünyada pandemiyanın başlandığı andan koronavirusa qarşı mübarizədə regional və qlobal səviyyədə zəruri təşəbbüslər irəli sürür və məqsədyönlü addımlar atır. Ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi ÜST-ə könüllü ianə ayırıb, dünyanın 30-dan çox dövlətinə humanitar yardım göstərib”.

 

Hesabat layihəsinin məruzəçisi Angel Tilvara Kamran Bayramovun bu təklifini bəyəndiyini və komitənin növbəti iclasında təklifin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.  

 

Sonra K. Bayramov NATO Parlament Assambleyası tərəfindən koronavirus pandemiyası ilə mübarizədə NATO-nun rolu və əhəmiyyətinə həsr olunan ayrıca xüsusi videokonfransın keçirilməsi, konfransda koronavirusla mübarizədə NATO-ya üzv olan dövlətlərin və assosiativ üzvlərin arasında həmrəyliyin nümayiş etdirilməsi, onlar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi, qabaqcıl təcrübənin mübadiləsi, bu təhdidə qarşı qlobal cavabın tapılması, digər əhəmiyyətli məsələlərin həmin konfransda müzakirəyə çıxarılması təklifini irəli sürüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”