Alqışlar şımartmış səni, havalardasan

10:14 11-09-2020 | icon 2022 | Köşə
Alqışlar şımartmış səni, havalardasan

...VƏ SEVİLMƏNİN YOL XƏRİTƏSİ


TAHİRƏ QAFARLI

 

Türkiyə sənətçisi Ebru Gündəşin gözəl bir fikri diqqətimi çəkdi. Gündəş dedi ki, - "Əsl sənətkar həm də odur ki, haqqında tamaşaçı, yaxud bir başqası hər hansı qıcıqlandırıcı bir söz deyərsə, buna qarşı son dərəcə təmkinlə, sevgi ilə reaksiya verə bilsin, yaxud anlasın ki, bu sənət, səhnə müxtəlif düşüncəli insanların hədəfinə alına bilər. Əsl sənətçi olmaq şansı elə bu davranışından keçir. Və "biz onlar üçün varıq, onlar bizi yaşadır, bu xalq bizi həm də buna görə sevəcək"- deyə, sənətçi səhnəyə gəlmək istəyən gənclərə bunu tövsiyə etdi.

 

Azərbaycan sənətçiləri və onlara bənzər şou-biznes xəbərçiləri isə müğənnilərə deyir ki, "o qədər bu xalq bizi yaşadır" dediniz ki, xalq da sizi təftiş etməyə haqqının olduğunu düşünür. Xalq kimdir, sənətçi öz əməyi ilə öz mövqeyini seçir”- deyirlər. Bir sözlə televiziyaya, xalqın qarşısına çıxıb deyirlər ki, “nə edirsiz edin, bu xalqı başınıza çıxartmayın". Və müğənnilər də TV-lərə çıxıb oradan verdikləri “ultimatumlarla” xalqa bir meydan oxuyurlar ki, gəl görəsən. Sanki mədəniyyət, incəsənət işçisi yox, məhkumun üstünə bağıran “nadzor”durlar. Daha unudurlar ki, sənətçi olmaq həm də barəndə nə deyilməsindən asılı olmayaraq təmkinini qoruyub, tərbiyəli davranış göstərməkdən keçir...

 

Bu barədə çox deyilib. Müğənninin tamaşaçı qarşısında “mənəmlik azarı”na tutulması onun göstəricisidir ki, Azərbaycanda özlərini incəsənət adamları hesab edənlərin efir başında oturanlara qarşı davranışlarında İNCƏ deyilən nəsnədən heç nə yoxdur. Nəinki sənətkarlıq, özünün kimliyini və özünün məqamını dərketmədə böyük problemləri var.

 

Bizim əksər müğənnilər çıxdıqları səhnənin bazar olmadığını unudur, bəzən ona bazar kimi baxır, "bazarkom" kimi çıxış edirlər. Məlumdur ki, televiziyalara belə etik qaydaları pozan müğənnilərin efirə buraxılmasına qadağaların qoyulması ilə bağlı zaman-zaman danışılıb və müəyyən məhdudiyyətlərin nəticəsində “od püskürən”lərin söndürüldüyü görünür. Amma bizim bir çox müğənnilərin dünyagörüşü, biliyi həddən artıq zəif, bəsitdir. Efirə çıxarkən harada olduqlarını unudur və yaxud tamaşaçılara küylü, bəzən ədəbsiz davranışlarla meydan oxuyurlar. Elə Xəzər TV-də bir neçə müğənninin davası və məlum verilişin qapadılmasını sadə bir misal olaraq çəkmək olar.

 

Əcəba, cənab müğənni, sən kim olduğunu, hansı vəzifəyə qulluq etdiyini anlamadınmı? Niyə öz vəzifəni layiqlə, istehlakçıya qarşı tələb olunan qaydalar əsasında yerinə yetirmirsən? Görürəm, xalqın alqışı səni şımartmış, havalardasan... amma bu, sənin onun qarşısında təkəbbür göstərmənə imkan verə bilməz, sənə o haqqı heç kəs vermir... Sadə bir misal: - bir marketdə istehlakçı səsini nə qədər qaldırsa da, satıcının səsi bir o qədər açağı enməlidir. Anlada bildimmi, cənab "mən-mən" deyən, şımarık müğənnilər? İnanın ki, sizə qarşı deyilən hər hansı şaiyələrə nə qədər çox qışqıracaqsız, o qədər düşəcəksiz. Bunu tamaşaçıya qarşı etməməlisiz.

 


Son olaraq “Xəzər” TV-də Zaurun “5-də 5"-nə baxırdım. Müğənni-jurnalist münasibətləri, jurnalistlərin müğənnilər haqqında senssasiyalı başlıqlı yazıları, bunun müğənnilər tərəfindən necə qıcıqla qarşılanması və sair bu kimi məsələlər müzakirə olunurdu. Müğənnilər isə öz məssəblərincə jurnalistə yazmaq öyrədir, onun işinə müdaxilə edir və deyir ki, elə yaz ki, söz-söhbət yaranmasın. Gülünc bir mənzərə. Axı bizim jurnalistlər müğənnilərimizdən nə yazır ki, heç nə... Amma yenə də narazıdırlar. Jurnalistləri də özlərinə bənzətmək istəyirlər. Belə çıxır ki, jurnalist müğənninin “havasına” oynamalıdır.  Jurnalist özünün informasiyasını oxunaqlı, baxımlı etmək üçün ona istənilən rəngi qatıb təqdim edə bilər. Xəbəri yayılan müğənni öz kimliyini, öz gücünü və səviyyəsini o xəbərdən sonra necə göstərəcək, artıq başqa məsələdir. Bu mənada dünya ulduzları insanı heyran edir. Və yəqin ki, Ebru Gündəşin demək istədiyi də bu səviyyədə sevilmənin “yol xəritəsidir”...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Prezident Administrasiyasını heçə sayan “Konstra” MKT-nın QURBANLARI

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR