11 sentyabrdan sonra nə dəyişdi?

11:18 11-09-2020 | icon 120 | Dünya
11 sentyabrdan sonra nə dəyişdi?

Fuad Əliyev: "Bir neçə terror təşkilatından qurtula bilməyən dünyaya biri də əlavə oldu"

 

"19 il əvvəl - 11 sentyabr 2001-ci ildə ABŞ-da terror hücumları bütün dünya siyasətinə ciddi təsir göstərdi. New York və Washingtondakı hücumlardan sonra, ABŞ xarici siyasətində dəyişiklik etdi. Bununla əlaqədar Əfqanıstandakı müharibəni, İraqın işğalını və "Buş Doktrinası"-ni xatırlamaq kifayətdir".

 

Versus.Az xəbər verir ki, bunu terrorlarla bağlı fikirlərini bölüşən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

 

Partiya sədrinin terrorlarla bağlı fikirlərini təqdim edirik:

 

"19 il əvvəl, 11 sentyabr 2001-ci ildə ABŞ-da, terror təşkilatı olan "Əl-Qaidə" üzvləri dörd sərnişin təyyarəsini qaçırdı. Onlardan ikisini Nyu-Yorkun işgüzar simvolu olan Dünya Ticarət Mərkəzinin qüllələrinə, ikisini isə Pentaqona və ehtimal ki, Ağ Ev və ya Kapitoliy istiqamətində yönəltdilər. Sonuncusu istisna olmaqla, bütün təyyarələr hədəflərinə çatdı. Məlum olub ki, ABŞ-a hücum 1996-cı ildən bəri beş ildir hazırlanırdı. Amerika xüsusi xidmət orqanlarına görə, bir neçə təyyarəni qaçıraraq, ABŞ-ın vacib infrastrukturuna göndərmək fikri terror qrupunun üzvü Xalid Şeyx Məhəmmədə məxsus idi.

 

11 sentyabr hücumlarının nəticəsində Corc Buş administrasiyası "Terrorla Mübarizə"nin elan etdi və Əfqanıstanda hərbi kampaniyanın başladı. Bunula da ABŞ Əl-Qaidə üzvlərinə sığınacaq verməyə və yetişdirməyə kömək etdikləri üçün bu hücumda Əfqan Talibanı günahlandırdı. 11 sentyabr hücumlarından sonra, 19 NATO ölkəsindən 14-ü də təşkilatın kollektiv müdafiə nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq Əfqanıstana əsgər göndərdi.

 

11 sentyabr hücumlarından sonra "Buş doktrinası"na uyğun olaraq ABŞ rəhbərliyi, İraqın ABŞ təhlükəsizliyinə təhdid yaratdığını elan etdi. Vaşinqtona görə Səddam Hüseyn rejimi, terrorçulara verə biləcəyi kütləvi qırğın silahlarına sahib idi. ABŞ-ın İraqa hücumundan sonra ölkədə xaos başladı. 2009-cu ildə isə ABŞ İraqdakı qoşunlarını geri çəkməyə başladı.

 

Müharibənin başlanmasına bəhanə olduğu iddia edilən kütləvi qırğın silahları heç tapılmadı. Səddam Hüseynin devrilməsi, Amerikanın ölkəni işğal etməsi və ABŞ qoşunlarının geri çəkilməsi sonradan beynəlxalq ictimaiyyətin bu gün aktiv şəkildə mübarizə apardığı İraq və Suriyada yeni bir terror qüvvəsi - İŞİD-in yaranmasına səbəb oldu.

Nəticədə bir neçə terror təşkilatından qurtula bilməyən dünyaya biri də əlavə oldu".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Prezident Administrasiyasını heçə sayan “Konstra” MKT-nın QURBANLARI

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR