Mədəniyyət Nazirliyində kadr TƏYİNATI

12:08 11-09-2020 | icon 736 | Mədəniyyət
Mədəniyyət Nazirliyində kadr TƏYİNATI

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Əliyev Cavid Fikrət oğlu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsi vəzifəsinə təyin edilib.

 

Nazirlikdən Versus.az-a verilən məlumata görə, Cavid Əliyev 1988-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində “Avropa hüququ” ixtisası üzrə magistr dərəcələrini alıb. Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib.

 

Əmək fəaliyyətinə 2012-ci ildə “Azərsu” ASC-nin Hüquq Departamentində hüquq məsləhətçisi kimi başlayıb. “Nobel Oil Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında hüquqşünas (2016-2017) vəzifəsində fəaliyyətini davam etdirib. “Azərsu” ASC-də Beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində (2017-2019) işləyib.

 

Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.

 

C.Əliyev Korrupsiyaya qarşı mübarizənin idarəolunması üzrə beynəlxalq təlimin, layihələrin idarə edilməsi və digər sahələrlə bağlı beynəlxalq tədbirlərin iştirakçısı olub.

 

İngilis, rus, türk dillərini bilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO

“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”

TƏBİB rəsmisi xəbərdarlıq etdi - VİDEO