Azərbaycanlıları Türkiyədən deport etdirən səbəblər nədir?

14:01 11-09-2020 | icon 1110 | Siyasət
Azərbaycanlıları Türkiyədən deport etdirən səbəblər nədir?

Ramiyə Məmmədova: “Kimlərsə Azərbaycan-Türkiyə münasibətlərini korlamağa çalışır”

 

Pandemiyanın bəşəriyyət üçün yaratdığı təhlükə bütün sərhədləri aşaraq dövlətlərin öz qapılarını qapatmasına səbəb oldu. Pandemiya, həmçinin mövcud şərtlərə uymağa məcbur olan ölkələrdə vətəndaşların sərhədlərdə yaşadığı natamamlıqları, süni böhranları da meydana çıxartdı. ÜST mövcud şərtlərə əsasən pandemiyanın humanistlik, yardımlaşma münasibətləri əsasında adlamağı tövsiyə etsə də, bir çox ölkələrdəki məmurlar şərtləri pozmaqla vətəndaşlar arasında narazılığa şərait yaratdılar. Belə bir vəziyyətin Türkiyə-Azərbaycan Gömrük Məntəqələrində yaşanması ağlasığmaz görünsə də, bu, xüsusilə arzuolunmaz və xəyal qırıqlığı yaradan bir məqamı ortaya çıxartdı.

 

Bu gün biz Tükiyə ilə strateji əməkdaşlıq, Konfederasiya, Türk Birliyi Formasiyasının yaradılmasından danışırıq. Biz “bir millət iki dövlət” şüarı ilə ümumi problemlərimizdən qurtulmaq naminə qardaşlığımıza, dostluğumuza güvəndiyimiz halda, pandemiyanın yaratdığı məcburi maneələr qarşısında aciz qalıb birlik göstərə bilməməyimiz məntiqsiz görünür.

 

Versus.Az-a daxil olan məlumatlara görə, Türkiyə məmurları Azərbaycan vətəndaşlarının Türkiyənin gömrük məntəqələrində incidilməsinə yönəlik hərəkətlərə yol verib. Belə ki, avqust ayı ərzində Türkiyədən çıxış edən çoxlu sayda Azərbaycan vətəndaşlarına 5 illik deport qərarı ilə yasaq qoyulub. Səbəb nədir?

 

Yaranmış vəziyyətlə bağlı saytımıza danışan politoloq Ramiyə Məmmədova Türkiyədə yaşayıb fəaliyyət göstərən yüzlərlə azərbayacanlı kimi pandemiya ərəfəsində özünün də deportasiya edilməsinin səbəblərini təhlil edib, çox ciddi nüanslara diqqət çəkib.

 

O, sözün əsl mənasında Türkiyə-Azərbaycan cəmiyyətləri qarşısında “həyəcan təbili çalıb”:

 

“İllərdir azərbaycanlı ailələr Türkiyədə oturum ala bilmədikləri üçün əziyyət çəkir, uşağları təhsil ala bilmir, çox ailələr oturma izninin olmaması səbəbindən Azərbaycana gəlib öz doğmaları ilə görüşə bilmirlər. Çünki anlayırlar ki, geriyə dönüş olmayacaq. Biz Türkiyədə də bu problemləri qaldırır,  insanlarımızın orada yaşamasını asanlaşdırmaq və onların hüquqlarının tanınması yönündə mətbuat vasitəsi ilə müraciətlər edirdik. Lakin nə Türkiyədəki Konsullq, nə səfirliyimiz, nə digər qurumlar bu məsələlərə əhəmiyyət verməyiblər”.

 

Politoloq bildirib ki, Azərbaycan vətəndaşları bu gün növbəti çətinliyi pandemiya ilə bağlı sərhəddi keçərkən yaşamalı olublar. Belə ki, Türkiyə Gömrüyündə pandemiya səbəbindən sərhəddi vaxtında keçə bilməyən yüzlərlə Azərbaycan vətəndaşı heç bir güzəşt və yaxud xəbərdarlıq edilmədən deport ediliblər. O, bu faktı məmurların Türkiyə qanunlarını saymadığını, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna hörmətsiz yanaşaraq özbaşınalıq etmələri və Azərbaycan XİN-nin məsələyə ciddi yanaşmamasının məntiqi nəticəsi kimi dəyərləndirib. Ramiyə xanım Türkiyə Gömrüyünün Azərbaycan vətəndaşlarına qarşı bu addımının nə qanuna, nə mənəvi və maddi ölçüyə sığışmadığını deyib.

 

Bir neçə ildir Türkiyədə yaşayan, fəaliyyət göstərən araşdırmaçı xanım deyir ki, pandemiya ilə bağlı sərhədlərin qapalı olması üzündən yüzlərlə insan ölkədən çıxış edə bilməyiblər. Avqust ayının 3-dən sonra ölkədən çıxa bilənlər deport olunduqlarını geriyə qayıdanda, sərhəddə öyrəniblər.

 

R.Məmmədova bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin müsbət istiqamətdə genişləndiyi bir vaxtda Türkiyə Gömrüyündə Azərbaycan vətəndaşlarını narazı salmağa çalışanların məqsədi xoş deyil. Onun sözlərinə görə, bəzi Türkiyə gömrük və sərhəd xidməti işçiləri - məmurları sanki bilərəkdən sabotaj yaradır, kimlərsə bu iki millətin arasına düşmənlik salmaq üçün hər şeyi edirlər. Politoloqun fikrincə, bu hərəkətin arxasında mütləq ya FETO, ya da “5-ci kolon” dayanır.

 

R.Məmmədova qanunsuz deportasiyaya məruz qalan çoxsaylı Azərbaycan vətəndaşlarının adından çıxış edərək, Türkiyədə yaşayan həmyerlilərimizin illərlə kimliksiz yaşadıqlarını, təhsil problemlərinin olmasını, oturum ala bilməmələri və uzun illər ucuz işçi qüvvəsi kimi çalışmalarına baxmayaraq, onlara nə Türkiyədəki səfirliklər, nə də ölkə daxilində qanunla nəzərdə tutulan heç bir dəstəyin verilmədiyini ürək ağrısı ilə bildirib.

Politoloq özünün və yüzlərlə Azərbaycan vətəndaşının son 1 ayda yaşadığı gərginliyi, çıxılmaz durumu belə nəql edib:

 

“Azərbaycanlıların orda yaşadığı problemlərdən çox danışmışıq. Bu problemlərin çoxu illərdir həll olunmadan qalmaqdadır. Bu gün isə siyasi, hərbi münasibətlərin yüksək səviyyəyə çatdığı bir vaxtda, cox təəssüf ki, iki qardaş millətin gömrüyündə xoşagəlməz hadislər baş verir. Belə ki, pandemiyanın sərt karantini götürüləndən sonra, avqust ayında normal uçuşlar bərpa olundu və hər kəs viza oturumlarının bitməsi səbəbi ilə ölkədən giriş-çıxış etməyə başladı. Bu, şəxsən mənim də şahid olduğum, yaşadığım bir durumdur. Dünyada virusun yayıldığı bir zamanda, insanların uzun zaman çalışmadıqları, AZALın və Türk Hava Yolları biletlərinin ağlasığmaz qiymətə olması, insanların bilet pulu tapa bilməməyi, Corona testinə verdikləri analiz pulları nəzərə alınmadan, üstəlik sərhəddə vizaların gecikdirilməsi məsələsi, günlərlə sərhədlərdə yatan insanların çəkdiyi əziyyəti vecə alınmadan insanlara üstəlik belə bir cəza yazılması hansı humanistlik göstəricisi ola bilər. Gömrükdə insanlara deyilirdi ki, pandemya ilə əlaqədar cəzanızı dönəndə ödəyərsiniz. Lakin məlum oldu ki, ölkəyə giriş-cıxışlarına 5 illik yasaq qoyulub. Bu xəbəri isə həmin anda yox, Türkiyəyə yenidən döndükləri zaman sərhəddən geri qaytarılanda öyrənirlər. Bu da insanlarımıza həm mənəvi, həm də maddi ziyan vurdu. Halbu ki, Türkiyə Miqrasiyasının rəsmi açıqlamasına əsasən normal uçuşlar bərpa olunduqdan 1 ay sonra Türkiyədə qalan bütün xarici vətəndaşlar cəza almadan çıxış edə bilərdi. Lakin görünən budur ki, bu qərara məhəl qoyulmadı.

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyi və Baş Konsulluğuna müraciət edənlərin sayı getdikcə artır. Lakin Konuslluq məmurları “deportu biz vurmamışıq, onu Türkiyədə həll etməniz lazımdır”, “deportun qaldırılması üçün vəkil tutulmalı və etiraz edilməlidir”, ya da  “iş vizası və ya turistik viza olmalıdır”- deyə, vətəndaşı çıxılmaz vəziyyətə salıblar. Yaxud da “vizalar dəvətnaməsiz olmur, almadan geriye dönə bilməzsiniz”- deyə, insanların əllərinə kağız parcası verilərək geri gondərilirlər. Beləcə, vətəndaş hara müraciət edəcəyini, kimdən dəstək alacağını bilmir”.

 

R.Məmmədova məlum deport olayı ilə bağlı Türkiyə Səfirliyinə məktub ünvanlayıb və rəsmiləri problemin həllinə çağırıb. Eləcə də Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Türkiyədə yaşayan, işləyən azərbaycanlıların problemlərinin həlli üçün addımlar atmasını xahiş edib.

 

Politoloq bildirib ki, hansısa məmurun vecsiz yanaşması neçə-neçə Azərbaycan vətəndaşının Türkiyədə başladığı işi yarımçıq qoymasına, neçə-neçə ailənin pərən-pərən düşməsinə səbəb olub. O, özünün də Türkiyədə başladığı müəyyən araşdırmaları bu üzdən dayandırmağa məcbur qaldığını deyib:

 

“Azərbaycan və Türkiyə "İki dövlət, bir millət" şüarı altında illərdir birgə addımlayır və bu yolda bütün çətinliklərə sinə gərir. Bütün xarici təzyiq və təhdidlərin qarşısında əzmlə dayanan dövlət başçılarımız – cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev xalqlarımızın inteqrasiyası, vahid milli təfəkkürümüzün inkişafı və müstəqilliyimizin qorunması yolunda dayanmadan çalışır, hər bir vətəndaşımız üçün bu yolda böyük örnək nümayiş etdirirlər. Biz də böyüklərimizin bu yolunun yolçusu olaraq, Türkiyə və Azərbaycan birliyinin sarsılmaması və güclənməsi üçün əlimizdən gələni edirik”.

 

Politoloq hesab edir ki, regionda cərəyan edən proseslərə nəzər salaraq, istər Türkiyədəki Azərbaycan Səfirliyi, istərsə də İstanbuldakı Baş Konsulluq bu məsələ ilə bağlı ciddi tədbirlər görməli, kənarda dayanmamalıdır:

 

“İki ölkə arasında viza rejiminin tamamən yığışdırılması məsələsinin müzakirə edildiyi bir dönəmdə, iki qardaş dövlət arasında bu cür problemlər yaşanması gülüncdür”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO

“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”

TƏBİB rəsmisi xəbərdarlıq etdi - VİDEO