Jurnalist olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

14:25 11-09-2020 | icon 361 | Təhsil
Jurnalist olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 11-də 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib

 

Versus.az -ın xəbərinə görə Mərkəzdən bildirilib ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 230-dan çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Prezident Administrasiyasını heçə sayan “Konstra” MKT-nın QURBANLARI

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR