Düşmənə verilən müddət bitdi

15:58 11-09-2020 | icon 218 | Qarabağ
Düşmənə verilən müddət bitdi

Bu gün Ermənistan tərəfi öz niyyətini gizlətmir. Artıq Ermənistanın apardığı siyasət nəticəsində Dağlıq Qarabağla bağlı gedən proseslərə sülh danışıqlarından, demək olar ki, de-fakto çıxırlar. Yəni, de-yure qalır, o danışıqlar da Minsk Qrupu çərçivəsində iflic vəziyyətə düşüb və sadəcə, adı qalıb. Ara-bir monitorinqlər keçirirlər, vəssəlam!   

Versus.az Milli.Az-a istinadən xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Azərbaycan artıq başa düşür ki, erməni tərəfi işğalçı niyyətindən heç vaxt əl çəkməyəcək və öz xoşuna torpaqları azad etməyəcək:

"Artıq Minsk Qrupundan heç nə gözləmək lazım deyil. O biri tərəfdən Türkiyə ilə Azərbaycanın yaxınlığı, birgə təlimlər, Türkiyənin Ermənistana verdiyi mesajlar, xəbərdarlıqlar və Azərbaycanın öz torpaqlarını artıq işğaldan azad etməsinin vaxtının gəlib çatması haqqında bəyanatları onu göstərir ki, ola bilsin ki, onların indi bu qədər aktiv müdafiəylə bağlı, hərbi ilə bağlı və s. məsələləri müəyyən bir şəkildə ön plana çəkməsi hər an Azərbaycan tərəfindən anti-terror əməliyyatı olarsa, müəyyən bir şəkildə qarşısını almaq və yaxud cavab vermək kimi qəbul etmək olar.

Ermənistan öz xoşuna torpaqları azad etməyəcək

Burada bir şey aydındır ki, erməni tərəfi işğalçı niyyətindən heç vaxt əl çəkməyəcək və öz xoşuna torpaqları azad etməyəcək. Azərbaycan artıq bunu başa düşür, məqam gözləyir ki, nə vaxt anti-terror əməliyyatına başlasın və ərazi bütövlüyünü güc yolu ilə bərpa etsin. 

Digər məsələ də var, son zamanlar onların müəyyən bir istiqamətlərdə nəsə edəcəyi də ola biləcək durumdur. O da onunla bağlıdır ki, Ermənistandakı bu saat daxili prosesləri təhlil etsək, orada anti-Paşinyan ab-havasının yüksəldiyini görərik. Hakimiyyəti indi əldə saxlamaq üçün çox vaxt dövlətlər belə addımlara gedirlər, kritik durumda haradasa münaqişə yaranır, haradasa savaş başlayır və o vaxt da daxili gərginlik unudularaq diqqətlər o münaqişə istiqamətinə yönəlir. İstisna etmirəm ki, Ermənistan tərəfi haradasa təmas xəttində, bəlkə də başqa bir istiqamətdə hansısa addım ataraq Azərbaycanı adekvat addım atmağa məcbur eləsin. Burada bilirik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsi də var, Rusiya məsələsi də var və s. Biz onları ancaq bu formada təhlil edə bilirik. Ancaq bunların həmin münaqişədən hansı formada kənarda qalıb, qalmamasını biz münaqişə gedəndə ancaq bilə biləcəyik.  

Ermənistan bu dəfə Azərbaycanı adekvat addım atmağa məcbur etsə, irimiqyaslı anti-terror əməliyyatı başlayacaq

O ki qaldı Azərbaycanı adekvat addım atmağa məcbur etsə, bu, artıq hansısa Aprel hadisələri olmayacaq, Tovuz hadisələri də olmayacaq. Bu, artıq demək olar ki, Azərbaycanın bu vəziyyətə qəti addım ataraq irimiqyaslı anti-terror əməliyyatı keçirməyi ilə nəticələnəcək, bu fonda da Dağlıq Qrabağda proses cərəyan edəcək.

Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, əgər Ermənistanı və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri işğalçı qüvvələri qısa zamanda darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu, Azərbaycan Silahlı Qüvvələrinə verilən bugünkü qiymətdir və bu reallıqdır. Yox, əgər təkbətək buraxmasalar və Dağlıq Qarabağda hansı maraqlar toqquşacaq, hansı qüvvələr orada əsas təsiredici qüvvəyə çevriləcək, ondan asılıdır. Bunu bir az proqnozlaşdırmaq çətindir.

Əvvəlcədən nəyisə proqnozlaşdırmaq çətindir

Türkiyənin real şəkildə münaqişə başlayanda burada iştirakı hansı formada olacaq, Rusiyanın  və digər ölkələrin iştirakı hansı formada olacaq, indiki vəziyyəti götür-qoy etsək, əvvəlcədən nəsə demək çətindir. Çünki dünya ikili standartlara bağlıdır və beynəlxalq normalar o və ya bu istiqamətdə böyük dövlətlər tərəfindən pozulur, öz maraqlarını ancaq güdürlər və demək olar ki, dünya yalançı dünyadır. Buna görə də əvvəlcədən nəyisə proqnozlaşdırmaq çətindir. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin də bu formada uzanması həmin o məqamı axtarmaqdır. Həmin o vəziyyət dövlət başçısına ona görə çətindir ki, çünki o, bizdən daha çox məlumatlıdır və ola biləcək fəsadlar haqqında daha çox məlumat sahibdir.

Səhv qərar vermək olmaz

Əlbəttə, bu vəziyyətdə düzgün qərar qəbul etmək çox vacibdir. Mühəndis istehkamçılarda belə bir ifadə var, "Səhv qərar vermək olmaz". Ona görə də vəziyyət hər cəhətdən gərgindir və hər an Dağlıq Qrabağ istiqamətində istər erməni tərəfindən, istər biz tərəfdən irimiqyaslı əməliyyatların olması heç də istisna edilmir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanlıları Türkiyədən deport etdirən səbəblər nədir?

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

Metro açılır

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO