“Əməkdaşlığa və işbirliyinə hazıram”


Razi Nurullayev deputat həmkarına dəstək verdi
Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev həmkarı Vüqar Bayramova dəstək verib.
Versus.Az xəbər verir ki, millət vəkili Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilik dərəcəsinin verilməsi ilə bağlı problemləri gündəmə gətirib, Nazirlik isə məsələyə fərqli münasibət bildirib.
Millət vəkili Razi Nurullayev isə həmkarına birmənalı şəkildə dəstəyini ifadə edib və onun haqlı olduğunu vurğulayıb:
“Hörmətli Vüqar müəlllim, qaldırdığınız məsələ ölkəyüklü problemdir və onun kökləri yarım əsrdən çox müddətə gedib çıxır. Ən böyük problem hələ də məmur özü olaraq qalır. Yerlərdə anketləri dolduran zaman qəsdən elə məlumat yazırlar ki, sistem avtomatik imtina göndərsin və bunu da əllərində əsas tutub əlillik almaq istəyən şəxsdən rüşvət istəyib işini düzüb qoşsunlar. Yəni kompüterə də ədalətsizliyi öyrədirlər. Ciddi problem həkim-ekspertiza komissiyalarında qalmaqdadır. Məsələn, elə olur ki, şəxs ikinci qrup əlildir və vəziyyəti elə yerə çatıb ki, artıq özü-özünü nə fiziki, nə də əqli cəhətdən idarə edə bilmir. Onu belə süründürürlər. Sadəcə, rüşvət almaq istəyi.
İnanıram ki, nazir Sahil Babayev bu sahədə aparılan islahatları daha da intensivləşdirəcək, qanunu pozan əməkdaşlara və idarələrə qarşı daha qətiyyətli addımlar atacaq, hökumət də "DOST" mərkəzlərinin bütün ölkə boyu fəaliyyətinin təşkili üçün lazım olan imkanları ƏƏSMN üçün yaradacaq. Bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq üçün sistemli iş qurmaq üçün də bütün həmkarlarımla əməkdaşlığa və işbirliyinə hazıram”.
Versus.Az
Xəbər lenti

Prezident və Birinci vitse-prezident Şəhidlər Xiyabanını ziyarət etdilər
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar...