Mövsümi qrip, yoxsa koronavirus? - Yeni testlər hazırlanır

16:48 11-09-2020 | icon 120 | Sağlamlıq
Mövsümi qrip, yoxsa koronavirus? - Yeni testlər hazırlanır

İsti yay mövsümünün bitməsi və havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır. Payızda mövsümi qriplərə yoluxmanın ənənəvi hal olduğunu nəzərə alsaq, koronavirusla adi qrip viruslarını necə fərqləndirmək lazım olduğu bir çoxları üçün maraq doğurur. Hər iki xəstəliyin əlamətlərinin oxşar olmasına baxmayaraq mütəxəssislər koronavirusun mövsümi qripdən fərqinin alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratdığını deyirlər.

 

Vasif Əliyev - İnfeksionist: "Bunların əlamətləri çox zaman bənzərdir. Hər ikisi tempraturla, boğaz ağrısı ilə, halsızlıqla, hətta ishalla, əzələ ağrısı, pnevmaniya ilə də nəticələnə bilər. Ancaq koronavirusa xas patomatik əlamətlər var, məsələn, iybilmə və dadbilmənin itməsi. Düzdür, bu, hər xəstədə görülmür, ancaq görüldüyü zaman bizə koronavirusdan şübhələnməyə əsas verir. Qripin bu aydan görünmə ehtimalı çoxalacaq. Bunları yeganə ayırd etməyin yolları burun sürüntüsü, yəni burundan alınan yaxmada PCR üsulu vasitəsilə həm qripin, həm koronavirusun diaqnozunun qoyulmasıdır. Yəni sadəcə, loborator diaqnostika ilə bunların fərqini ayırd edərik, kliniki olaraq çox bənzərdilər".

 

Bəs görəsən, paytaxt sakinləri necə, klinki olaraq bənzəyən bu iki xəstəliyi bir-birindən ayırd edə bilirmi?

Sakin: "Məncə, koronavirusun hərarəti olur. Amma adi qripdə boğaz ağrıyır, burun axır".

 

Versus.az ARB TV-yə istinadən xəbər verir ki, önəmli fərq isə təngənəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVID-19 xəstəliyinə xasdır. Bəzi ölkələr pandemiyanın yayıldığı bir vaxtda onu digər xəstəliklərdən fərqləndirmək üçün hərəkətə keçib. Məsələn, Koreya koronavirusla mövsümi qripi eyni anda test edə bilən, dolayısı ilə bir-birinə çox bənzəyən simptomları ayırd edən test kiti hazırlamağa başlayıb. Mütəxəssilərin fikrincə, ölkəmizdə də bu xəstəliklər arasında differensasiya aparılmasına dair bəzi işlərin görülməsinə ehtiyac duyulur.

 

Adil Qeybulla - Həkim: "Soyuqdəymə ilə koronavirusun differensasiyasında xeyli problemlər gözlənilə bilər. Çünki bu xəstəliklər gedişi ilə birgə bir-birinə yaxındır. Hər ikisi tənəffüs yolları xəstəliyidir. Hər ikisində qızdırma, halsızlıq, əzəzlə-oynaq ağrıları, bel ağrıları kimi ümumi əlamətlər olur. Bu baxımdan bunlar arsında differensasiya eləmək çətinlik törədəcək. Yəqin ki, Dünya Səhiyyə Təşkilatı müəyyən alqoritimlər fikirləşib. Ola bilər müxtəlif testlər hazırlansın bunları differensasiya eləmək üçün. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görməlidir".

Bəli, ölkəmizdə də koronavirusun ikinci dalğasının gözlənildiyi, eyni zamanda qarşıdan mövsümi xəstəliklərin də baş qaldıracağı bir vaxt müəyyən işlərin görülməsi vacibdir. Amma ən vacib məsələ yayılan bütün infeksiya və xəstəliklərdən qorunmağın əsas yolu kimi, birmənalı olaraq gigiyenik qaydalara riayət etmək, maska taxmaq və ara məsafəni gözləməkdir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO

“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”

TƏBİB rəsmisi xəbərdarlıq etdi - VİDEO