Erkən ölümlərin qarşısı alına bilər - VİDEO

16:56 11-09-2020 | icon 380 | Sağlamlıq
Erkən ölümlərin qarşısı alına bilər - VİDEO

Versus.az milli.az-a istinadla xəbər verir ki, Tədqiqatçılar insanın qanında sümüyə oxşayan hissəciklər tapıblar. Sümüyə bənzər hissəciklərin ucları iti olduğu üçün təhlükəli ola bilər. Əvvəllər tədqiqatçılar aşkar etmişdilər ki, insan yaşlandıqca qan damarlarında qan illiyinin strukturu sümüyəbənzəyir, sümüyə dönür. İndiki tədqiqat isə qan damarlarında sümüyəbənzər hissəcikləri aşkar ediblər. Qan damarında qan illiyini yüksək mikroskop altında öyrənəndə tədqiqatçılar müəyyən ediblər ki, bu sümüyəbənzər hissəciklər əsas qan sirkulyasiyası a daxil olmaq qabiliyyətinə malikdirlər. Bu ürək-damar sistemində ciddi problemlərə səbəb ola bilər.

 

İnsan bədənində kalsium duzları dəri və orqanların üzərində yığılır. Bu yığılma güclənə və bədənin normal funksiyasına müdaxilə edə bilər. Bu sirkulyasiya zaman-zaman ortaya çıxır. Kalsium hər bir hüceyrənin üzərində tapmaq olar. Kalsiumlaşma nəticəsi demək olar bütün orqanlarda kalsiumun olmasıdır. Kalsiumlaşma daha çox böyrək və öd kisəsində gedir, böyrək və öd daşlarına səbəb olur. Qan damarları da kalsiumlaşır, buna damarların kalsiumlaşması deyilir. Damarların kalsiumlaşması mürəkkəb proses olub yaş artdıqca yaranır. Kalsiumun qan damarlarından təmizlənməsi bir neçə mexanizmi əhatə edir.

 

Bu tədqiqat insan və sıçan nümunələrini əhatə edir. Tədqiqat göstərir ki, yaş sümüyəbənzər hissəciklərin sayına təsir etmir. Amma yaş keçdikcə ölçüsü böyüyür. Cavanlar daha qısa, balaca olur. Alimlər inanır ki, sümüyəbənzər hissəciklərin qanda olması digər xəstəliklərə, artherasklerozisə səbəb olur. Bu arteriyalarda trombaların yaranma prosesidir. Bu sonda infarkta və ya iflicə səbəb olur. Həmçinin qanın aşağı, yuxarı qurtaracaqlara (əl-ayaq) çatdırılmasına mane olur. Bəzilərin ölçüsü o qədər böyük olur ki, qan damarlarını blok etmə qabiliyyətinə malikdir. Bu ürək-damar xəstəliklərinin 1 nömrəli səbəbdir. Hər il 17.9 milyon insan ürək xəstəliyindən vəfat edir. Bu maraqlı tədqiqat ölümlərin qarşısını ala bilər.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"