Mürvət Həsənlidən ilginc FAKTLAR

17:12 11-09-2020 | icon 242 | İqtisadiyyat
Mürvət Həsənlidən ilginc FAKTLAR

"Bəzi “hüquqşünaslara” kimi himayə etdiklərini ilk və son dəfə bildirmək istəyirəm"

 

"Mən hüquqşünas deyiləm, amma dostlar sağ olsun Azərbaycanın ən savadlı, hətta deyərdim ki, istedadlı hüquqşünaslarında ən azında 8-10 nəfər dostum var. Onlar da vətənsevər insanlardır, Vətənimizin, millətimizin talan olunub digər ölkələrə daşınıb, icarəyə vermək məqsədilə binalar alınmasına ürək ağrısı ilə baxırlar mənə də lazımı köməyi edirlər".

 

Versus.Az xəbər verir ki, bu fikirləri tanınmış iş adamı Mürvət Həsənli özünün "facebook" hesabında yazdığı qısa bir hüquqi qiymətləndirmədə bildirib.

 
Mürvət Həsənli yazır:
 
 
 
"Amma bir də bu Vətənimizi, millətimizi talan edənlərə məsləhət verən “hüquqşünaslar” var. Onlara mənim dostlarımın gələcək ittiham aktından bir abzas göstərərək, kimin himayədarlığını etdiklərini ilk və son dəfə bildirmək istəyirəm:
 
 
Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbas, əvvəlcədən planlaşdırılmış şəkildə, 2009-2019 illərində, öz aralarında səlahiyyət və rolları bölüşdürərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan
 
CARLEX TECHNOLOGY, 
SILVERFORD ENERGY LLP, 
RİKAS EXPORT, 
NORDWİND CORPORATİON 
PETROLEUM TOOLS 
 
şirkətləri adından, bu şirkətlərin atributlarından istifadə edərək, idarəetməsini Bakı şəhər Zərifə Əliyevə küçəsində yerləşən yaşayış sahəsində təşkil edərək, adı çəkilən şirkətlərin əmlakına sərəncam vermə hüququnu Məmmədzadə Sərraf öz ixtiyarında saxlayaraq, Azərbaycan Respublikasının ərazisində 111 müqavilə bağlamış və Azərbaycan Respublikası mənbələrindən 150 000 000 ABŞ dollarından artıq gəlir əldə etmişlər. 
Beləliklə, Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbas əməlləri Azərbaycan cinayət məcəlləsinin 192.1-ci maddəsində göstərilən cinayətin əlamətlərini təşkil edir.
 
 
Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbas, əvvəlcədən planlaşdırılmış şəkildə, 2012-2020 illərində, Azərbaycan cinayət məcəlləsinin 192.1 maddəsində göstərilən cinayət yolu ilə qazanılmış pul vəsaitinə leqal şəkil vermək məqsədilə Türkiyədə MATRİX GROUP ENERJİ MAKİNA GAYRIMENKUL PAZARLAMA VE TİCARET LİMİTED ŞİRKETİ qurmuş və cinayət yolu ilə qazanılmış pulları bəhsi gedən şirkətə ötürərək orada Türkiyədə 29 ədəd daşınmaz əmlak almışlar.
 
 
Beləliklə, Məmmədzadə Sərraf, Babayeva Aysel, Qasımov Abbas əməlləri Azərbaycan cinayət məcəlləsinin 193-1.3.2- ci maddəsində göstərilən cinayətin əlamətlərini təşkil edir".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ