“Gələcəyimizi birlikdə qururuq"

17:38 11-09-2020 | icon 134 | Siyasət
“Gələcəyimizi birlikdə qururuq"

"İki ölkə arasında mövcud ticarət həcmini artırmaq üçün potensial var".

 

Versus.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu ölkənin ticarət naziri Ruhsar Pekcanla görüşündə bildirib.

Pekcanın sözlərinə görə, 2019-cu ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 4,4 milyard ABŞ dolları olub. Tərəflər bu rəqəmi artımaq üçün potensialın mövcudluğunu vurğulayıb.

“Gələcəyimizi birlikdə qururuq. Türkiyə ilə Azərbaycan böyük işlər bacarır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bütün türk dünyasının bir-biri ilə bağlayacaq xətdir. İki qardaş ölkənin fəaliyyəti nəticəsində həyata keçirilən bu layihə Azərbaycan və Türkiyənin Asiya ilə Avropa arasında bir nəqliyyat mərkəzi olma strateji hədəflərinin əhəmiyyətli bir parçasıdır. Bu strateji hədəfə tezliklə qovuşacağımıza əminəm”, - Sahibə Qafarova vurğulayıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"