"ALDP-də Ramiz Mehdiyevə heç adi üzv kimi də yer yoxdur"

09:48 12-09-2020 | icon 251 | Siyasət
"ALDP-də Ramiz Mehdiyevə heç adi üzv kimi də yer yoxdur"

 

Fuad Əliyev: "Ramiz Mehdiyevi artıq böyük güc sahibi saymaq yanlışdır"

 

Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev bir sıra deputatları, politoloqları, jurnalistləri “qara siyahısı”na daxil edib. Akademikin məlum toy hadisəsindən indiyə qədər yazdığı bəyanatlardan bu, açıq-aydın görünür. Maraqlıdır ki, Ramiz Mehdiyev ənənəvi müxalifət partiyalarının rəhbərlərinə qarşı eyni sərt münasibəti göstərmir. Əksinə, o partiyaların ünvanına yazılarının birində müsbət fikirlər ifadə edib. Bəzi siyasi analitiklər hesab edir ki, sabiq Administrasiya rəhbərinin gələcəkdə müxalifətin dəstəyini qazanmaq, özü ilə bağlı situasiya daha da ağırlaşacağı variantında müxalifətə sığınmaq ehtimalını nəzərə aldığı sezilir. Görünən odur ki, akademik müxalifətlə münasibətlərini indiki həssas vaxtda pisləşdirmək istəmir. 

 

Bütün bunların fonunda ictimaiyyət arasında belə bir sual yaranıb: Ramiz Mehdiyev müxalifətə sığınmaq istəsə, ona cavab necə olar, müxalifət ona qucaq açarmı?

 

Versus.az xəbər verir ki, məsələyə münasibət bildirən ALDP sədri Fuad Əliyev maraqlı nüansalara diqqət çəkib.

 

Partiya sədri, hesab edir ki, yaranmış suala cavab verərkən bütün müxalifətin adından danışması düzgün olmaz:

 

"Ola bilər hansısa partiyalar ona qucaq açarlar. Ancaq ALDP-də Ramiz Mehdiyevə heç adi üzv kimi də yer yoxdur. Bizim partiya heç zaman ona qucaq açmaz. Amma ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq. Təəssüf ki, bəzi müxalifət partiyaları iqtidardan qovulan korrupsioner məmurlara dəstək verirlər. Yenə də belə addımlar atanların olacağı istisna deyil. Hətta hansısa partiya Ramiz Mehdiyevi prezidentliyə vahid namizəd də elan edə bilər. Lakin hesab edirəm ki, Ramiz Mehdiyev kimilərinin bütün müxalifətin vahid namizədi olması, ümumiyyətlə mümkün deyil. ALDP dövlət və milli maraqları həmişə üstün tutub və heç vaxt belə insanlara dəstək verməyəcək”.

 

O ki, qaldı cərəyan edən proseslərin fonunda iqtidarın ən güclü kadırı sayılan Ramiz Mehdiyev klanından və kadrlarından  təmizlənmənin nə dərəcədə mümkün olmasına və bunun nə vaxta qədər davam edəcəyinə, Fuad Əliyev qeyd etdi ki, Ramiz Mehdiyevi artıq böyük güc sahibi saymaq yanlışdır:

 

“Çünki Ramiz Mehdiyev hal-hazırda elə güc sahibi deyil ki, hakimiyyətə əsaslı təsir edə bilsin. İqtidarda əgər qəti istək olarsa, qısa bir zamanda Ramiz Mehdiyevin klanını hakimiyyətdən tamamilə təcrid etmək olar. Prinsipial mövqe tutub, qətiyyətli addımlar atmaqdan çox şey asılıdır". /"Yeni Müsavat"/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

Deputat İmişlidə Şəhid ailəsinin qayğıları ilə maraqlanıb