“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”

10:50 12-09-2020 | icon 543 | Sağlamlıq
“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”

Nərminə Abbasova: “Botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər”

 

“Botulizm ağır qida toksikoinfeksiyası - zəhərlənmə infeksiyasıdır. Əsasən, uzunsov və onurğa beyninin botulotoksin tərəfindən zədələnməsi ilə xarakterizə olunur. Tənəffüs əzələlərinin iflici nəticəsində meydana çıxan tənəffüs çatışmazlığı bu xəstəliyin ən ciddi ağırlaşma mərhələsi hesab edilir və ölümün əsas səbəbi sayılır. Botulizmin geniş alovlanmaları baş verərsə, mövcud botulizm əleyhinə zərdab ehtiyatları və intensiv terapiya imkanları xəstəliyin qarşısını almaq üçün kifayət etməyə bilər”.

 

Versus.Az-la söhbətdə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA məlumat verib.

 

Nərminə Abbasova bizimlə söhbətdə Botulizm xəstəliyini törədən amillərdən danışdı. Bildirdi ki, Botulizmin törədicisi klostridium-botilinium bakteriyalarıdır:

 

“Botulizmin törədici mikrobları torpaqda yaşayır və oradan suya, tərəvəzə, meyvələrə, qida məhsullarına keçir. Botulotoksin çox şiddətli bakterial zəhərdir. Botulizmin törədiciləri su və ya yemlə otyeyən heyvanlara və soyuqqanlılara, misalüçün balıqlara keçir. Həmin heyvanların ətini və ya məhsullarını istehlak etdikdə bu mikroblara yoluxma baş verir. Amma əksər hallarda botulizm xəstəliyinin baş verməsi evdə konservləşdirilmiş məhsulların qəbulu ilə əlaqədardır”.

 

Həkim-terapevt qeyd etdi ki, bu xəstəliyin inkubasiya dövrü 2 saatdan 10 günə qədər ola bilir. Onun sözlərinə görə, inkubasiyanın dövrü orqanizmə daxil olan toksinin dozasından çox asılıdır:

 

 

“Xəstəlik qəflətən başlayır. Xəstələr qarında ağrılardan, mədə nahiyəsində ağırlıq hissindən və ürəkbulanmasından şikayət edirlər. Bədən temperaturu normal qalır, bəzən yüksəlir. Xəstələrin çoxu başağrısından, başgicəllənmədən, ürəkdöyünməsindən, ağızda quruluqdan şikayətlənirlər. Belə xəstələr çox tez yorulurlar. Xəstəliyin əvvəlindən 3-4 saat keçəndən sonra kəllə-sinir nüvələrinin zədələnmələri və müxtəlif orqanların innervasiyasının paralitik pozğunluqları başlayır. Adətən 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Oftalmoloji simptomlar xəstəliyin ilk əlamətlərindən biri olur. Xəstələr pis görmədən, gözləri önündə “duman” və ya “tor” olmasından, görüntünün ikiləşməsindən şikayətlənirlər. Oxumaq istədikdə onlar sətirlərdə hərflərin “qaçdığını” müşahidə edirlər. Göz simptomları ilə yanaşı, udma və nitq qabiliyyəti də pozulur. Danışıq zamanı səs tutulur. Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir. Xəstəliyin son fazasında diafraqma və başqa tənəffüs əzələlərinin zədələnməsi ilə əlaqədar tənəffüs funksiyasının pozğunluğu baş verir. Terminal dövrdə skelet əzələləri boşalaraq xəmirvari forma alır. Hərəkət son dərəcə məhdudlaşır. Xəstələr başlarını düz tuta bilmirlər. Bu hal xəstənin tənəffüs iflicindən ölümü ilə nəticələnir. Əgər xəstə sağ qalarsa, sağalma tədricən gedir. Əmək qabiliyyəti 6-12 aya qədər itə bilər. Çox hallarda ürək və sinir sisteminin zədələnməsi ilə əlaqədar daimi əlillik baş verir. Bu səbəbdən sadaladığımız simptomları hiss etdikdə tez bir zamanda həkimə müraciət edilməlidir. Onu da deyim ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər”.

 


Nərminə xanım sözügedən xəstəliyin müalicəsinin necə aparılmasından da söz etdi. Bildirdi ki, ilk növbədə botulotoksini ney­trallaşdırmaq, onun orqanizmdə toplanmasına mane olmaq lazımdır:

 

“Bunun üçün vena və ya əzələ daxilinə botulizm əleyhinə polivalent zərdab vurulur. Xəstəliyin ağır formasında dərhal 2 doza venaya, bir doza əzələ daxilinə, 12 saatdan sonra dördüncü doza əzələ daxilinə vurulur. İkinci gün isə 2 doza venaya, 3-4-cü günlər 1 doza əzələ daxilinə vurulur. Ən vacib şərtlərdən biri mədənin yuyulması, bağırsaqların təmizlənməsidir. Lazım gəldikdə tənəffüsü bərpa etmək üçün xəstədə traxeostamiya əməliyyatı aparılır”.

 

 

QEYD: Qida mənşəli botulizm ciddi və potensial olaraq ölümcül xəstəlikdir. Buna baxmayaraq bu xəstəlik çox nadir hallarda rastlanır. Bu xəstəlik botulotoksinlərlə zəngin olan qida maddələrindən istifadə zamanı yaranır. Botulizmin insandan insana yoluxması mümkün deyil.

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Botulizm xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ