“E-əmək birjası” platforması yaradılır

12:01 12-09-2020 | icon 258 | Sosial
“E-əmək birjası” platforması yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Elektron əmək birjası” platforması yaradılır.

 

Versus.az xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma “Əmək münasibətləri və məşğulluq” altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləyəcək. 

 

İşsiz, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.

 

İşsiz və işaxtaran şəxslər platformada “Vakansiya bankı” ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər.  

 

Əmək birjası platformasının yaradılmasında əsas məqsəd məşğulluq imkanlarının artırılması, mövsümi və müvəqqəti işlərin görülməsi üçün işçi axtaran şəxslərlə işsiz və işaxtaranlar arasında əlaqə yaratmaq, həmçinin qeyri-formal məşğulluğun qarşısını almaqdır.     

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”