"Lazımi nəticə əldə etmək üçün iki ölkənin bu sahələrdə əməkdaşlığı dəfələrlə artmalıdır"

15:41 14-09-2020 | icon 152 | Geopolitika
"Lazımi nəticə əldə etmək üçün iki ölkənin bu sahələrdə əməkdaşlığı dəfələrlə artmalıdır"

İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında videokonfrans formatında görüş keçirilmişdir.

 

Versus.Az xəbər verir ki, bu gün, 14 sentyabr tarixində İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatının tranzit, logistika və müqavilələr baş idarəsinin müdiri Xosrov Sərayinin və Azərbaycan Respublikası Nəqliyyat, rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Təhlükəsizliyi şöbəsinin müdiri Vamiq Rəhimovin rəhbərliyi ilə iki qurum arasında videokonfrans formatında görüş keçirilmişdir.

 

Tərəflər bu görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın son vəziyyətinə dair məlumatları bölüşüb Xəzər dənizində limanlar arasında yükdaşımaların həcminin artırılmasının vacibliyinə toxundular. İclasda həmçinin liman sahəsində bəzi cari məsələlər və dənizçilik sahəsində gələcəkdə əməkdaşlığın inkişafı üçün bəzi sənədlərin hazırlanması məsələləri müzakirə olundu.

 

İclasın əvvəlində İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi qısa çıxış edərək bildirmişdir: Xəzər dənizi sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq dənizidir. İran İslam Respublikası və Azərbaycan Respublikası Xəzər dənizinin iki sahil ölkəsi olaraq dini, mədəni və tarixi bağlara malikdirlər. Xəzər dənizi iki ölkə arasında əməkdaşlıq üçün saysız-hesabsız imkanlar və potensiallar təmin etmişdir. Lazımi nəticə əldə etmək üçün iki ölkənin enerji, iqtisadiyyat, dənizçilik, balıqçılıq, turizm, dənizçilik elmləri və digər sahələrdə əməkdaşlığı dəfələrlə artmalıdır.

 

İki ölkə əməkdaşlığının və münasibətlərin genişləndirilməsinin mühüm sahələrindən biri limanlar və dəniz daşımaları sahəsidir ki, burada əməkdaşlıq üçün böyük potensial vardır. Səfirlik bu görüşdə qəbul olunan qərarların icrası üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

 

Ağanisə Sultan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”