TƏBİB rəsmisi xəbərdarlıq etdi - VİDEO

09:09 15-09-2020 | icon 881 | Gündəm
TƏBİB rəsmisi xəbərdarlıq etdi - VİDEO

Alif Qurbanov: “Karantin sərtləşdirilə bilər”

 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov karantinin yenidən sərtləşəcəyini istisna etmədiyini deyib. 

 

O, “Real” TV-yə müsahibəsində Operativ Qərargahın vaxtaşırı yumşalmalar həyata keçirməsinin sərbəstlikləri və təmasları artırdığını, bunun isə yoluxma sayına təsir etdiyini bildirib:

 

“Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.

Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.

Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır”.

 

A.Qurbanovun müsahibəsini bütöv şəkildə təqdim edirik:

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Siyasətçinin oğlu ŞƏHİD OLDU

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”