Bakıda 18 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

11:10 15-09-2020 | icon 268 | Təhsil
Bakıda 18 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

Son illərdə təhsil sahəsində istər müəllimlərin, istərsə də təhsil idarəçilərinin seçiminə peşəkar yanaşma, ciddi və şəffaf meyarlar tətbiq olunur. Yeni dərs ili ərəfəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Eləcə də 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb.

 

Versus.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib.

 

Onun sözlərinə görə, 18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27,20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar).

 

Təhsil Nazirliyi tərəfindən son 7 ildə yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə artıb. Məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur.

 

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub. Müsabiqə üzrə prosedur tam yekunlaşmadığı üçün ümumilikdə, işə qəbul olunanların sayı barədə yaxın günlərdə dəqiq məlumat bəlli olacaq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ