Temperatur aşağı düşəcək

11:14 15-09-2020 | icon 275 | Sosial
Temperatur aşağı düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

 

Versus.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından  18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü  olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!