Məşhur Robot milli geyimimizdə

20:41 31-07-2018 | icon 92 | Maraqlı
Məşhur Robot milli geyimimizdə

27-28 oktyabr tarixlərində FA International Trade Events və Keepface DMCC şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” konqresində dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində çıxış edəcək.

 

Versus.Az xəbər verir ki, medianın sevimlisinə çevrilən Sophia haqqında xəbərlər 2017-ci il ərzində 10 milyard dəfə oxunub və izlənilib. Məşhur moda jurnallarından birinin də üz qabığında yer alan Sophia, Bakı Konqress Mərkəzində baş tutacaq “Global İnfluencer Day” tədbirində spiker olaraq çıxış edəcək.

 

Dünyaca məşhur qlobal şirkətlərin nümayəndələrinin iştirak edəcəyi konqresdə 3500 nəfər iştirakçı nəzərdə tutulub. Hər kəsin iştirak edə biləcəyi tədbirdə biznes sahibləri, CEO-lar, marketinq və PR qurumların rəhbərləri, marketing və brend menecerlər, məşhurlar, makro və mikro “influencer”lar və media nümayəndələri iştirak edəcək.

 

Tədbir zamanı iştirakçılar fərqli panel mövzularının müzakirə ediləcəyi “Influencer Marketing” konfransına qatılaraq öz sahələrində sözünü demiş ekspertləri dinləyə biləcək, dünyanın 30 ölkəsindən dəvət ediləcək “influencer”lar ilə görüşə biləcək. Həmçinin sosial mediada paylaşımları ilə seçilən “influencer”ların mükafatlandırma mərasimi təşkil ediləcək.

 

Bakıda keçiriləcək “Global İnfluencer Day” konqresinə biletlərin satışı avqustun 1-dən təqdim ediləcək. Biletləri onlayn şəkildə və ya tədbirin eksklüziv partneri olan iTicket-in bütün kassalarından əldə etmək mümkün olacaq.

“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/ ünvanından izləyə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir