Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçilərin ailələri ziyarət edilib

17:49 15-09-2020 | icon 255 | Cəmiyyət
Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçilərin ailələri ziyarət edilib

Millət vəkilləri Qənirə Paşayeva və Tamam Cəfərova, “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk Tovuz, Ağstafa və Qazax rayonlarında,bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrini ziyarət ediblər.

 

Versus.Az xəbər verir ki, Şəhid ailələrinin qayğıları ilə maraqlanan millət vəkilləri Q.Paşayeva və T.Cəfərova onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir.

 

Q.Paşayeva Tovuz döyüşlərinin ölkəmiz və region üçün xüsusi hadisə olmasından, döyüşlərdə düşmənə ciddi zərbə vurulmasından danışaraq, "qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik" deyib:

 

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan Q.Paşayeva, yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib. Millət vəkili görüşlər zamanı bildirib ki, "biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik".

Q.Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və bütün şəhidlərimizin də ruhu şad olacaq!” - deyərək bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyib.

 

Görüşlərdə bildirilib ki, şəhid ailələrinə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur.

 

Görüşdə iştirak edən “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk qardaş Türkiyənin Azərbaycan şəhidlərini öz şəhidləri saydığını, onların ailə üzvlərinə diqqət göstərməyin qardaşlıqdan irəli gələn vicdan borcu olduğunu bildirib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi