“Dəniz Kuboku-2018”

21:02 31-07-2018 | icon 43 | Gündəm
“Dəniz Kuboku-2018”

Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, açılış mərasimində hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak ediblər.

 

Mərasimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının, incəsənət ustalarının və matrosların iştirakı ilə Azərbaycanın tarixi və milli adət-ənənələrini əks etdirən etnoqrafik etüdlər təqdim edilib.

 

Sonra “Dəniz Kuboku-2018” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.

Müsabiqə iştirakçıları - Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrın müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.

 

IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları qaldırılıb.

 

Mərasimdə çıxış edən IV Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz Kuboku - 2018” müsabiqəsi təşkilat komitəsinin sədri, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov və müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara müdafiə nazirinin təbrikini çatdırıb və “Dəniz Kuboku - 2018” müsabiqəsini açıq elan edib.

K.Vəliyev bildirib ki, artıq ikinci ildir ki, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində “Dəniz Kuboku” müsabiqəsi keçirilir:

 

"Beynəlxalq Ordu Oyunlarının yarış növlərinin, komandaların sayının hər il artması və keçirilmə coğrafiyasının genişlənməsi bu oyunların əhəmiyyətinin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə reallaşan Beynəlxalq Ordu Oyunlarına xüsusi önəm verir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev “Dəniz Kuboku”nun iştirakçılarına müraciətində qeyd edib ki, Xəzər dənizi onun sahillərində yaşayan xalqların ümümi sərvətidir. Bu yarışlar ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzərin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olmasına öz töhfəsini verir.

 

Əminəm ki, keçirilən yarışlar hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq. Eyni zamanda “Dəniz Kuboku” müsabiqəsi bütün iştirakçılara ölkəmizi daha yaxşı tanımaq, tarixi yerləri, abidələri görmək və xalqımızın adət-ənənələri ilə tanış olmaq imkanı yaradacaq.

Yarışlar döyüş hazırlığı baxımından da böyük əhəmiyyət daşıyır. Birgə keçirilən bu oyunlar hərbi təlimlərdən heç də geri qalmır, hətta onları üstələyir.

 

Yarış zamanı iştirakçıların üzərinə böyük məsuliyyət düşür. Hər mərhələdə hər bir iştirakçının peşəkarlığı və praktiki qərar verməsi tələb olunur.

Birincilik əldə etmək üçün komandaların şansları bərabərdir. Mən inanıram ki, bütün iştirakçılar hərbi vərdişlərini və məharətlərini yüksək səviyyədə nümayiş etdirəcək, əvvəlki illərdə olduğu kimi yarışlar səmimi dostluq və qardaşlıq mühitində keçəcək".

 

N.Osmanov isə qeyd edib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub:

 

"İlk gündən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinun komandaları Beynəlxalq Ordu Oyunlarında iştirak edərək xalqımızı və Ordumuzun şəxsi heyətini uğur və nailiyyətləri ilə sevindirir. Keçən il Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası “Dəniz Kuboku - 2017” müsabiqəsində qalib gələrək Rusiya Federasiyası Xəzər Dənizi Flotiliyasının komandası ilə birinciliyi öz aralarında bölüşdürüblər. Tankçılarımız, artilleriyaçılarımız, aşbazlarımız və snayperlərimiz də müvafiq müsabiqələrdə fərqlənmişlər. Bu il də Respublikamızı təmsil edən komandalarımız Rusiya, Qazaxıstan və Belarus poliqonlarında keçirilən beş növ üzrə müsabiqədə öz güclərini sınayayırlar.

 

“Dəniz Kuboku - 2018” müsaviqəsi ölkəmiz və xalqımız üçün əlamətdar bir vaxtda keçirilir. Biz bu il Şərqin ilk demokratik Cümhuriyyəti olan Azərbaycan Respublikasının və Silahlı Qüvvələrimizin 100 illik yubileylərini təntənə ilə qeyd etdik. Yubileylər ilində Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin müsabiqə iştirakçılarını salamlamaq hər birimiz üçün xoşdur.

 

Təşkilat Komitəsinin sədri kimi məruzə edərək bildirirəm ki, IV Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar. Onların Vətənimizdən xoş təəssüratlarla ayrılacağına əminəm.

 

Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi “Dəniz Kuboku-2018” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcəkdir".

Mərasimdə incəsənət ustalarının, Azərbaycan Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Qara Dəniz Donanmasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.

 

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.
Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

 

“Dəniz kuboku – 2018” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29

“Əlillər evdən bayıra çıxa bilməyəcək”