“Dialoq prosesinin inkişafı hakimiyyətdən asılıdır”

10:17 17-09-2020 | icon 84 | Siyasət
“Dialoq prosesinin inkişafı hakimiyyətdən asılıdır”

Fuad Əliyev: “Milli məsələlərdə müxalifətçilik etmək düzgün seçim deyil”

 

“ALDP həmişə dialoq tərəfdarı olub. Heç vaxt destruktiv mövqe nümayiş etdirməyib. Hakimiyyətin fəaliyyətini tənqid də etmişik, milli və dövlətçilik maraqları naminə həyata keçirdiyi islahatları təqdir də etmişik. Bütün seçkilərəqatılmışıq. Heç vaxt boykot tərəfdarı olmamışıq. Seçkiləri boykot edən təşkilatlara da tövsiyəmiz bu olub ki, seçkidə iştirak edib, güclərini sınasınlar. Məğlub olmaq partiyaya utanc gətirməz, azından öz gücünü sınayar, təcrübə toplayar.

 

Versus.Az xəbər verir ki, bunu “525”-ci qəzetə müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

“Biz onlar kimi xarici qüvvələrə satılmamışıq”

 

ALDP-nin hər bir partiyanın qərarına hörmətlə yanaşdığını deyən Fuad Əliyev, anlaşılmazlıqların, problemlərin bir partiya olaraq danışıqlar vasitəsilə öz həllini tapmasına çalışdıqlarını qeyd edib. ALDP sədri eyni zamanda AXCP və Müsavatın da qərarlarına hörmətlə yanaşldığını vurğulayıb:

 

“Amma AXCP və Müsavat dialoqdan imtina etməməliydilər. Əgər onları hansısa problem və məsələ narahat edirsə, gəlib fikir və təkliflərini dialoq vasitəsilə səsləndirə bilərlər. Təəssüf edirəm ki, Prezident Administrasiyasının şöbə müdirinin müxalifət partiya rəhbərləri ilə görüşündən sonra radikal müxalifət düşərgəsində narahatlıq baş qaldırdı. Milli Şura adlanan qurum rəsmiləri hətta bizi satqınlıqda ittiham etdilər. Bilirsiniz, o adam sağlam fikir söyləyə bilər ki, cəmiyyətdə nüfuz sahibi olsun, siyasi fəaliyyəti, keçmişi ləkəli olmasın. Bu gün radikal düşərgədə bütün həyatı çirkab içində olan adamların bizi satqın adlandırmağa mənəvi haqları yoxdur. Hakimiyyətlə dialoqa getmək satqınlıq deməkdirmi? Biz onlar kimi xarici qüvvələrə satılmamışıq, öz dövlətimizə, Azərbaycanın inkişafına, demokratikləşməsinə xidmət etmək üçün fikirlərimizi, təkliflərimizi hakimiyyətə çatdırmaq üçün dialoqa gedirik. Vətəndaşların problemlərinin görüşdə səsləndirmişik. Pensiyaçıların, aztəminatlı ailələrin problemləri, uşaq pulunun verilməsi və digər sosial problemlərlə bağlı fikir mübadiləsi aparmışıq. Məgər bu, satqınlıqdır? Hansı partiya rəhbərinin sözü, narazılığı varsa, gəlib dialoqda iştirak etsin, fikrini bildirsin, Prezident Administrasiyasının qapıları onun üzünə açıqdır. Radikal müxalifətin bəzi fiqurları iddia edirlər ki, dialoqda iştirak edən müxalifət partiya rəhbərləri öz şəxsi problemlərinin həllinə çalışırlar. Buna inanmıram. Şəxsən mən, dediyim kimi, Prezident Administrasiyasının rəsmisi ilə görüşdə heç bir şəxsi problemdən söz açmadım. Dövlət qeydiyyatına alınan, qərargahla təmin olunan, prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən, güclü beynəlxaq əlaqələrə malik olan bir partiyaya rəhbərlik edirəm. Hakimiyyətdən başqa istəyim nə ola bilər ki? Axı dialoq şəxsi problemlərin çözülməsi üçün deyil, siyasi münasibətlərin sağlamlaşması, qurulması üçün atılan addımdır. Bunu dərk etmək istəməyənlər, hakimiyyətlə dialoqa gedən siyasi qüvvəyə çamur atmağa çalışır. Milli maraqlar deyil, şəxsi maraqları düşünənlər belə fikir söyləyə bilərlər”.



“Qeydiyyatsız partiya rəhbərləri ilə görüş, məsələnin ciddiliyindən xəbər verir”

 

İqtidar-müxalifət münasibətlərinin bu gün sivilləşməyə doğru nə qədər irəliləyib irəliləməsi məsələsinə gəlincə, Fuad Əliyev bildirib ki, atılan ilk addımlar bunu deməyə əsas verir:

 

“Təbii ki, əgər bu, davamlı olarsa və hakimiyyət partiya rəhbərlərinin əsaslı fikir və təkliflərini qəbul edərsə. Digər tərəfdən, hakimiyyət-müxalifət münasibətlərindən əgər həm iqtidar, həm də müxalifət nəsə qazanırsa, bundan ümumilikdə xalq qazanmış olur. Dialoq münasibətlərin sivilləşməsinə xidmət edir. Hakimiyyətlə aramızda olan dialoq cəmiyyətdə konstruktivliyə xidmət edir, Azərbaycanın dövlət və milli maraqlarına cavab verir. Bütün bunlar tərəflər arasında münasibətlərin normallaşmasına xidmət edəcək bir amildir. Dialoq prosesinin inkişafını necə görməyimiz isə hakimiyyətdən asılıdır. Amma həyata keçirilən proses məndə inam yaradır ki, hakimiyyət müxalifətlə dialoqa böyük əhəmiyyət verir. Ədalət Vəliyevin hətta qeydiyyatdan keçməyən partiya rəhbərləri ilə görüşməsi məsələnin ciddi olduğunu deməyə əsas verir. Hətta bir partiya rəhbəri ilə bir neçə dəfə görüşməsi hakimiyyət rəhbərliyinin müxalifətin fəaliyyətinə önəm verdiyinin göstəricisidir. Dialoq prosesi müvəqqəti xarakter almamalıdır. Milli maraqlarımız üçün hakimiyyətlə dialoqa hazır olmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həllində isə hakimiyyətin yanında olmalıyıq. Milli məsələlərdə müxalifətçilik etmək düzgün seçim deyil”.

F.Əliyev iqtidar-müxalifət dialoqunda, keçirilən görüşlərdə Azərbaycan cəmiyyətinin gözləntilərinə də toxunub:

 
“Nəzərə alsaq ki, siyasi münasibətlər sisteminin digər elementi siyasi partiyalardır, o zaman siyasi partiyalar cəmiyyətin müəyyən bir sosial təbəqəsinin maraqlarını ifadə edən, eyni zamanda, mənafeyini müdafiə edən və həmçinin, hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır. Ölkədə siyasi mühit sağlamlaşarsa, siyasi münasibətlər sistemində demokratiya yaranarsa, siyasi islahatlar həyata keçirilərsə, bundan daha çox cəmiyyət qazanmış olacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ