"Azərbaycan ədalətli müharibəyə başlamağa məcburdur"

11:42 17-09-2020 | icon 163 | Siyasət
"Azərbaycan ədalətli müharibəyə başlamağa məcburdur"

"Rusiya Ermənistanı birtərəfli qaydada müdafiə etməklə Azərbaycana gözdağı vermək istəyir"

 

Ermənistanın hərbi təcavüzu nəticəsində Tovuz istiqamətində gedən 4 günlük müharibə sülh danışıqlarının üstündən xətt çəkdi. Gündəmi tutan “müharibə” ritorikası regionun və beynəlxalq təşkilatların məsələyə sərgilədiyi mövqelər fonunda nə dərəcədə realdır?

 

Versus.Az xəbər verir ki, bu və digər məsələlərlə bağlı açıqlamasında deputat Bəhruz Məhərrəmov və politoloq Qabil Hüseynli maraqlı nüanslara diqqət çəkiblər.

 

Politoloq Qabil Hüseynli bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ən mürəkkəb fazaya çatıb. O, bu fazanın ən önəmli xüsusiyyətlərindən biri kimi danışıqlar prosesinin tamamilə dalana dirənməsini qeyd edib. Politoloq hesab edir ki, bu gün Rusiya tərəfindən danışıqlarla bağlı müəyyən fikirlər səslənsə də, prosesin yenilənməsi kifayət qədər qaranlıq görünür. Ermənilər “Naxçıvan bizimdir”, “Gəncəni bombalayacağıq” kimi ürəkbulandıran və insanı hiddətləndirən bəyanatları ilə öz məkrli niyyətlərini açıq bəyan edirlər:

 

 

“Ermənilər bu gün bizə qarşı psixoloji düşkünlük yaratmağa hesablanmış ideoloji müharibə aparmağa çalışır. Belə bir ərəfədə Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağda anti-terror əməliyyatlarının aparılmasını ciddi surətdə müdafiə edir və bununla əlaqədar Azərbaycanda quru, aviasiya qoşunlarının birgə təlimlərini keçirir. Türkiyə Naxçıvan ərazisinə 11 mindən çox əsgər, xeyli döyüş sursatı, müxtəlif növ texnikalar gətirdi. Təlim uğurla başa çatdı və həmin əsgərlər hələ də Naxçıvanda qalmaqdadır. Burada məqsəd Türkiyənin Azərbaycanda Hərbi Bazasının yaradılmasıdır. Üstəlik, Azərbaycanda ordu quruculuğu prosesinə xüsusi önəm yetirilir və bir çox ölkələrdən yeni tip silahların alınması istiqamətində işlər gedir”.

 

Politoloq bildirib ki, hazırkı mərhələdə Rusiyanın fəallığını artıraraq,  Ermənistanı açıq şəkildə müdafiə etməsi ürəkbulandıran hadisələrdir. Sözün əsl mənasında Putin bir sıra diplomatik etiket qaydalarını pozaraq, Azərbaycanı təhdid edən fikirlər səsləndirib:

 

"Bu isə Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik elementləri yaradıb. Rusiya Ermənistanı birtərəfli qaydada müdafiə etməklə, ona pulsuz silahlar ötürməklə, birgə hərbi təlimlər keçirməklə Azərbaycana gözdağı vermək istəyir. Bütün bunlarla yanaşı, əgər Azərbaycan regionda anti-terror fəaliyyətinə başlasa, Türkiyə Azərbaycanın tərəfində olacaq və Rusiyanın müharibəyə qarışacağı təqdirdə, Rusiyaya qarşı hərbi əməliyyatlara qoşulacaq. Ona görə də Türkiyənin bu məsələdə Azərbaycanı müdafiə etməsi, həm də Pakistan tərəfindən də Azərbaycanı müdafiə edən bəyanatların səsləndirməsi Azərbaycanın mövqeyini xeyli qüvvətləndirir”.

 

Rusiya Ermənistanı birtərəfli qaydada müdafiə etməklə, ona pulsuz silahlar ötürməklə, birgə hərbi təlimlər keçirməklə Azərbaycana gözdağı vermək istəyir

 

Q.Hüseynli son günlər erməni işğalçılarının Qarabağda “abadlıq” işləri aparması və eləcə də Livan, Suriya ermənilərinin Azərbaycana köçürülməsinə rəğmən hər bimizin hələ də gözləmə mövqeyində dayanması fikrinə birmənalı yanaşmadı. Onun fikrincə, meydanı Rusiya qızışdırır:

 

“Rusiya Avropa qaz bazarlarında itən mövqeyini qorumaq üçün çapalayır. Azərbaycan Rusiyanı Avropa bazarlarından sıxışdırıb-çıxarır, üstəlik, bu rəqabət elementləri neft-qaz bazarlarından tutmuş bütün sahələrə sirayət olunur. Bütün bunları nəzərə alaraq, Rusiya çox riskli və eyni zamanda, dünyanı qarışdıra biləcək bir addım atmaq istəyir. Bu addımın ilk təcrübəsini Tovuza hücumla həyata keçirməyə çalışdılar, amma alınmadı. Onların məqsədi Azərbaycanın reallaşdırdığı bir sıra iqtisadi layihələri, Bakı-Ceyhan, TANAP, Bakı-Tblisi-Qars dəmir yolu xəttini təsir altına ala biləcək hərbi əməliyyatların keçirilməsini planlaşdırmaqdır. Bu məqsədlə də Ermənistana silah göndərir, erməniləri qızışdırıb azərbaycanlıların üstünə salmaq və bu müharibədə də özünün Gümrüdə yerləşdirilmiş 102-ci briqadasından istifadə etmık istəyir. Rusiyanın bu əməliyyatları Azərbaycan və Türkiyənin əks kəşfiyyatı tərəfindən ciddi izlənilir və əks-tədbirlər hazırlanır. Ona görə də özünün iqtisadi cəhətdən çox ağır dövrünü yaşayan Rusiyanın belə bir avantüraya getməsi və Cənubi Qafqazada müharibəni yenidən alovlandırmağa çalışması həddən artıq qınanılmalı məsələdir”.

 

Q.Hüseynli hesab edir ki, Rusiyanın davranışları, artıq bütün dünyanı boğaza yığıb və  yəqin, bu proses uzun sürməyəcək.

 

Politoloq bildirir ki, belə bir ərəfədə Livan ermənilərinin Azərbaycana köçürülməsi prosesinə qarşı diplomatik cəhdlərə baş vurulmalıdır:

 

“BMT-yə şikayət edilməlidir. BMT-nin erməni təcavüzü ilə bağlı 4 qətnaməsi var, məskunlaşma ilə bağlı yeni bir qətnamə qəbul olunmalıdır və bu qətnamədən sonra Azərbaycan Ordusu həmin bölgələrə gözlənilməz zərbələr endirməlidir. Tutaq ki, Kəlbəcərdə salınan kiçik bir qəsəbədə partizan hərəkatı ilə desant əməliyyatı həyata keçirilsə, əhali qorxaraq belə məskunlaşmalardan çəkinəcək və bu avantüraya getməyəcəklər. Biz həm diplomatik səylərimizi gücləndirməliyik, həm də  Ermənistanın Qarabağda məskunlaşma, biznes fəaliyyətlərini hərbi əməliyyatlarımızla sıradan çıxarmalıyıq”.

 

Politoloq bildirib ki, bu məsələ gündəmdədir. Türkiyə ilə bir sıra əməliyyatların hazırlanması üzərindən iş gedir və artıq bu barədə müəyyən beynəlxalq təşkilatlara müraciət edilib onlardan müəyyən hərəkətlər gözlənilir. Onun sözlərinə görə, bu gün olmasa da, üzü payıza doğru işğalçıya qarşı müəyyən həmlələr həyata keçiriləcək.

 

Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Azərbayacan ədalətli müharibəyə başlamağa məcburdur:

 

 

“Ermənistan nə danışıqlara gedir, nə də danışıqlarda Azərbaycanı ortaq mövqeyə çəkə biləcək şərait yaradır. Üstəlik, Ermənistan ortaya hərb ritorikası qoyur. Belə olan surətdə Azərbaycanın başqa çıxış yolu qalmır. Azərbaycan illərdir ki, özünü danışıqlara məcbur edir. Bilirik ki, xalqda, dövlət rəhbərliyində də danışıqlara inam qalmayıb və dövlət rəhbərliyinin də ritorikası ortadadır”.

 

Millət vəkili bu gün Ermənistandakı ritorikanın başqa məqsəd daşıdığını deyib. Onun sözlərinə görə, sərsəm bəyanatlar versələr də, Ermənistanın heç vaxt açıq müharibə etməyə gücü çatmaz:

 

“Erməni ritorikası Paşinyan hökumətinin ömrünün uzadılmasına yönəlib. Bu gün Ermənistanda həm demoqrafik, həm də ciddi maliyyə böhranı var. Azərbaycan dünyada baş verən böhrandan öz ehtiyatları hesabına cəmi 2,8  faiz itki ilə çıxmaqdadır. Ermənistanın isə elə bir ehtiyatları yoxdur. Bu baxımdan, Ermənistanın məzlum duruma düşməsi ona imkan verir ki, kənardan yardım toplasın. Ermənistan müharibə ritorikasını yalnız yardım toplama və Paşinyan hakimiyyətinin ömrünün uzadılması üçün istifadə edir”.

 

Ermənistan nə danışıqlara gedir, nə də danışıqlarda Azərbaycanı ortaq mövqeyə çəkə biləcək şərait yaradır

 

B.Məhərrəmov bildirib ki, bu gün beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini tam mənasında dəstəkləyir:

 

“BMT-nin 51-ci maddəsinə əsasən, Azərbaycanın özünü müdafiə hüququ və 25-ci maddəyə əsasən BMT qətnamələrinin dərhal icra olunması kimi tutarlı əsasımız var. Azərbaycan torpaqları illərdir işğal altındadır, artıq 30 ilə yaxındır ki, BMT TŞ-nın qətnamələri icra olunmur. Azərbaycanın BMT nizamnaməsinin  2 mötəbər əsasnaməsinə əsaslanıb hərbə başlaması ədalətli müharibə ola bilər”.

 

B.Məhərrəmov bu dəfə müharibə ritorikasının ciddiləşəcəyinə inandığını vurğulayıb:

 

“Ortada Türkiyə faktoru var və cənab Prezident özü də birmənalı şəkildə demişdi ki, Ermənistanın cəsarəti çatırsa, buyursun məsələni təkbətək həll edək. Bu fikirlərin deyilmə vaxtı, bölgədə Türkiyə amili və real güc var. Hazırda türk paşaları, türk əsgərləri Azərbaycandadır. Belə olan təqdirdə, Ermənistanın Azərbaycana açıq müdaxiləsi ağlabatan deyil. Ermənistanın güvəndiyi yer Kollektiv Təşkilatı Müqaviləsi idi, onun da Ermənistana münasibəti bilindi. Bütün bunların fonunda artıq müharibə ritorikasının reallaşması üçün ən münbit şərait indidir”.

 

Bu gün regionda maraqları toqquşan Türkiyə ilə Rusiyanın hərbi qarşılaşması və bunun baş verməməsi üçün bu iki dövlət arasında hər hansı razılaşmanın ola biləcəyi ehtimalı da istisna edilmir. Millət vəkili hər şeydən əvvəl Rusiyanın Ermənistan üçün çox güzəştlər etdiyini önə çəkib:

 

“Faktiki olaraq Rusiya daimi olaraq Ermənistana silahlar ötütür və bununla bağlı cənab Prezident İlham Əliyev Putinlə söhbətində və açıq çıxışlarında etirazlarını bildirib. ATƏT-in Minsk Qrupunun üzvü olaraq tərəfsiz olmaq Rusiayanın borcudur. Görünən odur ki, tərəfsiz deyil. Eyni zamanda, illərdir Türkiyə bizə dəstək olsa da, aktiv olaraq bu məsələlərin içində yer almırdı. Son vaxtlar Türkiyənin aktivliyi onu deməyə əsas verir ki, Rusiya Cənubi Qafqazdakı mövqeyinə yenidən baxmalıdır”.

 

Millət vəkili bu gün Ermənistandan Dağlıq Qarabağla bağlı verilən sərsəm bəyanatlarla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərinə edilən köçürülmələri, eləcə də aparılan təmir-tikinti işlərini, eləcə də ictimaiyyətin hiddətlə qarşıladığı Şuşada tikilən asma körpünün açılışında çox rahat şəkildə hərəkət etməsini Ermənisatanın eyforiyası adlandırıb:

 

“Birmənalı olaraq nə o asma körpünün, nə verilən bəyanatların real səmərəsi yoxdur. Niyə: burda gözdən pərdə asılır ki, guya əhali qaçmır, əhali yerindədir. Hərb ritorikası başlanandan sonra, artıq Azərbaycanın işğal olunmuş ərazilərindən, necə ki, Suriayadan, Livandan ora köçürülənlər var, eyni zamanda, orada yaşayan əhalinin də geriyə qaçmaları məsələsi var. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünə bu işğalçı münasibəti bəllidir. Bütün bu addımlar Azərbaycandan icazəsiz belə addımların atılması beynəlxalq hüquqa, beynəlxalq münasibətlərin mövcud siyasi tənzimlənməsinə ziddir”. /“Həftə içi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!