Sevdiklərinin qurbanına çevrilənlər

13:42 17-09-2020 | icon 122 | Cəmiyyət
Sevdiklərinin qurbanına çevrilənlər

Azərbaycanda qadın qətllərinin acınacaqlı mənzərəsi

 

Son zamanlar Azərbaycanda qeydə alınan qətl hadisələrinin əksəriyyəti ailə məişət zəmində baş verir. Baş verən qətllərdə qurbanlar arasında qadınlar üstünlük təşkil edir.

 

Versus.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin birinci yarısında 511 qadın məişət zorakılığı zamanı zərər çəkib. Onlardan 13 qətlə yetirilib. 

 

Ötən ilin bu dövründə isə 549 qadın məişət zorakılığı zamanı zərər çəkib. Onlardan 15 nəfəri öldürülüb.

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bildirib ki, hər ay 20-30 nəfər məişət zorakılığı ilə bağlı müraciət edir:

 

“Hər bir zorakılıq, qətl hadisənin başvermə səbəbləri barədə araşdırma aparılır. Eyni zamanda, bu hadisənin baş verdiyi ailələrdə azyaşlıların taleyinin həll olunması üçün müvafiq addımlar atılır. 

Bilirsiniz ki, icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Zorakılıq halları ilə bağlı müraciətlər daxil olunur və tərkibində cinayət halları olarsa, hüquq-mühafizə orqanlarına yönləndirilir.

Hazırkı vəziyyətdə bizi narahat edən problemlər var. Bu yaxında komitənin təşkilatçılığı ilə sığınacaqda olan qadınlarla bağlı onlayn görüş keçirilib. Orada müəyyən olunub ki, zorakılığa məruz qalan qadınların daha çox sosial problemləri, cəmiyyətə inteqrasiyası və bir çox problemləri mövcuddur”.

 

Komitə rəsmisi qeyd edib ki, qurumlar arasında ələqələndirmənin hazırkı vəziyyətdə artırılmasına ehtiyac var ki, bu tipli həssas məsələlərə hər qurum tərəfindən diqqət yetirilsin, problem araşdırılsın:

 

“Məişət zorakılığına dair Milli Fəaliyyət planı hazırlanır və bu, hökumətə təqdim olunacaq. Həmin sənəddə zorakılıq hallarının minimuma endirilməsi üçün məsələlər əsas götürülür”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

Siyasətçinin oğlu ŞƏHİD OLDU