Karantin qaydaları yenə sərtləşə bilər

13:48 17-09-2020 | icon 250 | Sağlamlıq
Karantin qaydaları yenə sərtləşə bilər

Noyabr ayında koronavirusa yoluxanların sayının artması gözləniləndir.

 

Versus.Az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

 

O bildirib ki, buna səbəb növbəti aylarda respirator virus infeksiyalarının baş vermə hallarının artması olacaq:

 

“Sözügedən infeksiyaların artması koronavirusun da yayılmasına gətirib çıxara bilər. İki virusun yanaşı olması isə xəstəliyin daha ağır gedişlə müşahidə edilməsinə səbəb olacaq”.

 

“Karantin qaydaları sərtləşə bilərmi?” sualına isə C.İsayev belə cavab verib:

 

“Yoluxma sayının çoxalması və ya azalması birbaşa insanlarla əlaqədardır. İstərsə ən sərt, istərsə də hazırkı yumşalmalarla olan karantin tədbirlərində insanlar diqqətli olmasalar, nəticə dəyişməyəcək. Biz karantin tədbirlərinə maksimum riayət etməliyik. Maskaların taxılması, sosial məsafələrin gözlənilməsi, sıx yerlərdə toplaşmağın qarşısının alınması, əllərin tez-tez yuyulması və s. tədbirlərə əməl etsək, yoluxma sayı çox az olacaq. Bunlara əməl etməsək, ən sərt karantin rejiminin belə faydası olmayacaq.

 

İnsanlardan bir daha xahiş edirəm ki, karantin tələblərinə riayət etsinlər. Özlərini və ətraflarını qorusunlar ki, həyatımız normal hala qayıtsın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə