"Hökumət daxilində bu siyasətə dəstək verənlər anlasınlar ki..."

16:08 17-09-2020 | icon 147 | Siyasət
"Hökumət daxilində bu siyasətə dəstək verənlər anlasınlar ki..."

Razi Nurullayev: "Ümid edirəm ki, Tofiq Yaqublu məsələsində cəmiyyəti razı salacaq qərar qəbul ediləcək"

 

"İlk öncə ondan başlayaq ki, Tofiq Yaqublunun azad edilməsində maraqlıyıq. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək".

 
 
Versus.Az xəbər verir ki, bu sözləri bu gün Parlamentin İnsan Hüquqları Komitəsinin iclasında deputat Razi Nurullayev deyib.
 
 
Deputat bildirib ki, Tofiq Yaqublunun ətrafında yaranan səs-küy, məhkəmə instansiyasının cəmiyyəti narazı salan qərar qəbul etməsi birinci növbədə siyasi qüvvələr arasında çəkişməni, dartışmanı və ittiham-əsaslı mülahizələri dərinləşdirib. Onun sözlərinə görə, indiki dönəmdə bu heç də lazım deyil:
 
 
"Bu gün Dağlıq-Qarabağ ətrafında xalqımızın bilmədiyi ciddi proseslər gedir və belə bir məqamda bütün siyasi qüvvələrin, bütün vətəndaşların və bütün fərqli fikirlərin həmrəyliyinə ehtiyac yaranıb. Bu gün hər kəs Qarabağ üçün canından keçməyə, siyasi ambisyasından geri çəkilməyə, büdcəni oğurlamaqdan çəkinməyə və dürüst məmur əxlaqı ortaya qoymağa hazır olmalıdır. Kim etmirsə, bizdən deyil! Həbslə, qorxu yaratmaqla, güc göstərməklə nə tənqidi azaltmaq, nə söyüşü dayandırmaq, nə də etirazları səngitmək olur. Bu zaman keçib, indi yeni formata, yeni yanaşmaya və yeni dialoqa ehtiyac var. Dediklərim həm hökumət daxilində köhnə kustar üsullarla hakimiyyətə yarınmaq və faydalanmaq yolunu tutanlara, həm də xaricdə rahat kreslolarda oturub kameralar qarşısında kin-küdurət, nifrət və qanlı inqilablara çağırış edənlərədir".
 
 
R.Nurullayev qeyd edib ki, köhnə sovet, bolşevik təfəkkürünü yenidən ölkəyə gətirmək və tətbiq etmək dövlətçiliyimizə təhdiddir:
 
 
"Hökumət daxilində bu siyasətə dəstək verənlər anlasınlar ki, onlar dövlətə, Prezidentə xidmət etmirlər, əksinə ziyan vurmaqla məşğuldurlar. Katolikdən çox, katolik olmayın, lütfən!
 
Barışmaz müxalif qüvvə adı altında xalqa demokratik mübarizə əvəzinə, söyüş, təhqir və şəxsiyyəti alçaltma dərsi keçənlər də bizdən deyil. Onlar da hakimiyyət daxilində sabotaj yolu tutanlarla bərabər, Azərbaycan insanlarının ləyaqətli yaşayışına, öz taleyinə sahib çıxmasına maneçilik edənlər və düşmən kəsilənlərdir. Hər bir siyasi mübarizənin sonunda aydın görünən bir yol olmalıdır. Siyasaət uşaq oyuncağı deyil ki, onunla oynayasan, o, saat kimi mürəkkəb bir mexanizmdir ki, gərək başı çıxanlar qurdalasın, həvəskarlar və naşılar yox".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı

Bu komplekslərə yönəlmiş dərmanlar yalnız bədxassəli hüceyrələri öldürməlidir

Gürcüstandan Azərbaycana Qarabağla bağlı DƏSTƏK - FOTO

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi

Gəncədə ağır qəza

Bu komanda Çempionlar Liqası ilə vidalaşdı

Tarixə ekskursiya: Madlen Olbrayt BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətnaməsini oxuyur - VİDEO

Paşinyan erməni nümayəndə heyətinin Rusiya səfərini ləğv etdi

Aktyor olmaq istəyən Milli Qəhrəman - FOTO

Cəbrayıl istiqamətində düşmənin döyüş texnikaları məhv edildi

Bu məşhur məkanlar Azərbaycan bayrağı ilə işıqlandırıb - FOTO

Bu təhsil müəssisələrində hansı qaydalara əməl olunmalıdır?

Qarabağda döyüşmək istəyən Türkiyə vətəndaşlarından həmrəylik - VİDEO

Ermənilərin ərazilərimizə atdığı aviabomba və raketlər aşkarlandı - FOTO

Azərbaycan Ordusundan uğurlu əməliyyat - VİDEO

“Bu tip şişkinliklər olduqda həkimə müraciət etmək məsləhətdir”

Ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim”