Ümid Partiyası Tarif Şurasının qərarını pisləyir - BƏYANAT

17:55 01-08-2018 | icon 62 | Gündəm
Ümid Partiyası Tarif Şurasının qərarını pisləyir - BƏYANAT

Ümid Partiyası metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı Bəyanat yayıb.

 

Versus.Az-ın məlumatına görə, Bəyanatda deyilir:

 

"Tarif Şurası 30 iyul 2018-ci il tarixli iclasında metroda və ictimai nəqliyyatda sərnişin daşıma qiymətlərini 50% artırıb. Eyni zamanda Tarif Şurası qiymət artımından sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olduğunu əsas kimi göstərib.

 

Ümid Partiyası hesab edir ki, tariflərin Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olması metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımına əsas ola bilməz. Tarif Şurası həmin ölkələrdə minimum əmək haqqı və minimum pensiyanın da nə qədər olduğunu nəzərə almalıdır. Çünki, Azərbaycanda minimum əməkhaqları MDB və region ölkələrinin çoxundan aşağıdır.

 

Məslən, 2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 130 manat, Qazaxıstanda 140 manat, Ermənistanda 190 manat, Rusiyada 275 manat, Türkmənistanda 297 manat,Türkiyədə 710 manat təşkil edir.

 

Ümid Partiyası Tarif Şurasının bu qərarını qəti şəkildə pisləyir və bildirir ki, metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq,Əhalinin bütün təbəqələri yeni qiymət artımının doğuracağı nəticələrdən əziyyət cəkəcək,sosial durumu ağır olan aztəminatlı ailələrin vəziyyəti bir az da ağırlaşacaq və bu həssas donəmdə ölkədə gərginliyin artmasına səbəb olacaq.

 

Partiya hesab edir ki, dövlət büdcəsindən subsidiya alan metroda və sərnişindaşımada şəffaflıq və hesabatlıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, səhmdar cəmiyyətlərinin gəlirləri və xərcləri barədə ictimaiyyət müntəzəm məlumatlandırılmalıdır.

 

Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət təcili aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməli, xüsusilə tələbə və təqaüdçülər üçün ictimai nəqliyyatda və metroda istifadə ilə bağlı güzəştli kartlar müəyyən olunmalıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29

“Əlillər evdən bayıra çıxa bilməyəcək”