MMC-nin vəzifəli şəxsləri barəsində SƏRT QƏRAR

18:45 03-08-2018 | icon 101 | Cəmiyyət
MMC-nin vəzifəli şəxsləri barəsində SƏRT QƏRAR

MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.

 

Baş Prokurorluqdan Versus.Az xəbər verir ki, prokurorluq orqanları tərəfindən əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısının alınması, vəzifə öhdəliklərinə səhlənkar yanaşan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlərin görülməsi davam etdirilir.

 

Xəbər verildiyi kimi, iyulun 28-də saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən çənin partlaması nəticəsində orada usta işləyən Müsü Məlikov, Akif Quliyev, Rövşən Məlikov və avtomobilin sahibi Fərhad Rüstəmovun yanıq xəsarətlərindən ölmələri faktına görə Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb.

 

Aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə yanğın təhlükəsizliyinə cavabdehlik vəzifəsi qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi, elektrik qaynaq işləri zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulmaqla bilik və təcrübəsi yoxlanılmayıb, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təchiz olunmamış işçilər qaynaq işlərinə cəlb olunublar.

 

İş üzrə qaynaq və digər odlu işlərin görüləcəyi ərazidə və binalarda yanğın təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürmüş MMC-nin baş mühasibi Elçin Salmanov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Həmçinin, iş üzrə MMC-nin direktoru Səyavuş Qurbanzadə və yanğın təhlükəsizliyinə cavabdeh Hüseyn Kazımov Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29

“Əlillər evdən bayıra çıxa bilməyəcək”