Türk bələdiyyə başqanlarının Azərbaycana ilk səfəri

19:22 03-08-2018 | icon 363 | Cəmiyyət
Türk bələdiyyə başqanlarının Azərbaycana ilk səfəri

  

Millət vəkili dos.dr.Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyətin iştirakı ilə“Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqları salamlayaraq, qardaş Azərbaycanın həm də onların vətəni olduğunu vurğulayıb və bildirib ki, türk bələdiyyə başqanları ilk dəfədir Azərbaycana səfər edirlər.

 

Tədbirin məqsədindən danışan millət vəkili türkiyəli qonaqların ölkəmizdə bir sıra dövlət qurumları, xüsusilə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Abşeron rayon icra hakimiyyətinin rəhbərliyi, bir sıra vətəndaş cəmiyyətində fəal olan qeyri-hökumət təşkilatları, millət vəkilləri, iş adamları birlikləri, KİV təmsilçiləri ilə görüşlər keçirdiyini, gələcəkdə əməkdaşlıqların daha da güclənməsi istiqamətində müzakirələrin aparıldığını diqqətə çatdırıb:

 

“Qonaqlarımızın məqsədi ölkəmizi daha yaxından tanımaqdır. Qeyd edim ki, Şanlıurfa tariximizdə mühüm izlər qoymuş Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin əsas mərkəzlərindən biri olub.Bura çox qədim tarixə malikdir və tariximizin önəmli hissələrindən olan Ağqoyunlu və Qaraqoyunlu imperiyalarının əsas mərkəzlərindən olub. Zaman-zaman burada Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərdə iştirak etmişik”.

 

Millət vəkili Qarabağ həqiqətlərinin mütəmadi olaraq, Türkiyə ictimaiyyətinə daha geniş formada çatdırılması üçün bir sıra önəmli işlərin davam etdirildiyini vurğulayıb. O bildirib ki, Şanlıurfaya səfər zamanı Şanlıurfa bələdiyyəsi ilə orada Qarabağ parkının açılışı ilə bağlı razılıq əldə edilib:

 

“Şanlıurfaya səfərimiz zamanı görüşlərin bəhrəsi öz nəticəsini verdi. Bu ilin oktyabrında Şanlıurfada Azərbaycan bulvarı və Qarabağ parkının açılış mərasimi olacaq. Təklifimizi qəbul etdikləri üçün Şanlıurfa bələdiyyə başqanına təşəkkür edirəm”.

 

Millət vəkili Q.Paşayeva Battalqazidə (Malatya) dəfələrlə səfərdə olduğunu, orda Qarabağ ağrımız, Xocalı Soyqırımı, Azərbaycan həqiqətləri ilə bağlı konfranslar verdiyini və həmin tədbirlər çərçivəsində Battalqazi bələdiyyəsinin başçısı ilə görüşdüyünü və bu görüşlər zamanı Azərbaycanımız, gözəl Qarabağımızın adının parklara, bulvarlara, mərkəzlərə verilməsini təklif etdiyini və hər zaman bu təkliflərin yüksək səviyyədə qəbul olunduğunu deyib. Battalqazidə ən böyük bölgənin Qarabağlılar adlandığını deyən millət vəkili Q.Paşayeva Battalqazi bələdiyyəsinin başçısı S.Gürkana təşəkkür edirik ki, o, Battalqazinin mərkəzində gözəl Qarabağ parkının açılmasına dair təklifimizi yüksək səviyyədə qəbul etdi və inşallah yaxın zamanlarda həmin parkın açılışında birlikdə iştirak edəcəyik dedi. Battalqazinin çox qədim bölgələrdən biri olduğunu deyən millət vəkili inanırıq ki, bu qədim bölgə ilə əməkdaşlığımız daha da genişlənəcək deyə qeyd etdi. Millət vəkili Q.Paşayeva Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib və əməkdaşlıq sayəsində o gözəl yurd yerlərimizdə Şanlıurfa, Battalqazi kimi parkların açılacağını vurğulayıb.

 

Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi Azərbaycanda olmaqdan məmnun olduğunu söyləyib və bu cür səfərlərin iki ölkə arasında əməkdaşlıqları daha da gücləndirdiyini vurğulayıb. O həmçinin oktyabr ayında Qarabağ parkının və Azərbaycan bulvarının açılışına Azərbaycandan da  nümayəndələri dəvət edib.

 

Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan Yunus Əmrə İnstitutunda belə bir tədbirin təşkil edilməsini əlamətdar hadisə olduğunu vurğulayıb.

GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat iki ölkə arasında müxtəlif sahələrdə, parlamentlər, dövlət strukturları, eləcədə media sahəsində əlaqələrin daha da inkişafına, əməkdaşlığın vacibliyinə toxunub. O bildirib ki, bu cür səfər və layihələr bu işlərdə olduqca vacibdir.

 

GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolad çıxışında həmçinin Dağlıq Qarabağ məsələsinə toxunub:

 

“Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Türkiyədə, Anadoluda Qarabağ məsələsi və Xocalı soyqırımından danışanda hər kəsin ürəyi ağrıyır”.

 

 “Duru TV”-nin baş müdiri Mehmet Canbek Azərbaycana səfərlərini müsbət qiymətləndirib və bildirib ki, əməkdaşlığın genişlənməsi və qarşılıqlı görüləcək işlər iki dost və qardaş xalq arasında əlaqələri daha da gücləndirəcək.

 

Millət vəkili Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri  Arzu Bağırova qonaqlara Azərbaycanın qədim tarixini, qədim Qobustanı özündə əks etdirən hədiyyələri və materialları təqdim ediblər və sonra QHT rəsmilərini, KİV nümayəndələrini, aydınları maraqlandıran suallar geniş müzakirə olunub, suallar cavablandırılıb. Şanlıurfa və Battalqazi bələdiyyə başqanları bütün azərbaycanlıları  bu bölgələrə dəvət çağırışını ediblər.

 

Daha sonra mövcud əməkdaşlıq perspektivləri müzakirə edilib və Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətində təbliği istiqamətində görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, iki ölkə şəhərləri arasında qardaş şəhərlərin seçilməsinin vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, tədbirdə millət vəkilləri, QHT rəsmiləri, yazarlar, şairlər, ziyalılar, təşkilat və KİV nümayəndələri iştirak ediblər.

 

Yelmar Nəbiyev
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir