Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

18:34 09-08-2018 | icon 206 | Cəmiyyət
Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

 

Üçhisar bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Üçhisar bələdiyyə başqanı Ali Karaaslan dəvətlərini qəbul edərək qədim Kapadokyada müəllifi olduğu kitablarının təqdimatını keçirdiyinə görə millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib və bu cür tədbirlərin gənclər üçün önəmindən danışıb. Bu cür gözəl tədbirin təşkili üçün tədbir təşkilatçılarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycandan, Qarabağdan, Türk dünyasından, Kərkük, Axısxa, Krım, Bayırbucaq, Türkməndağı, Təbrizdən, Dərbənd, Borçalı, Kuzey Kıprısdan danışıb və yaxşı öyrənməyə çağırıb.

 

Versus.Az-ın məlumatına görə, Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza məırasiminə qatılmasından çox məmun olduğunu deyib. Millət vəkili Q.Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib.

 

Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə də danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”, deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb. “Kitablara ilk gündən böyük diqqət göstərilməsi bizi çox duyğulandırdı”, – deyən millət vəkili Q.Paşayeva Türkiyənin bəzi bölgələrində də bu kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

 

Millət vəkili gəncləri maraqlandıran suaları da cavablandıırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir