“Yeni müttəfiqlər axtaracağıq”

11:53 11-08-2018 | icon 84 | Dünya
“Yeni müttəfiqlər axtaracağıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüfuzlu “The New York Times” qəzetində məqalə yazıb.

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, məqalədə Ərdoğan ABŞ-a yeni müttəfiqlər axtaracağı ilə bağlı xəbərdarlıq edib.

 

Yazıda ABŞ-ın Türkiyəyə hazır ki, münasibətini qınayaraq bunun yalnız Vaşinqtona xələl gətirəcəyini qeyd edib:

 

“Pisliyin dünyanın hər yerində pusquya yatdığı bir dövrdə, uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı tək tərəfli addımlar yalnız ABŞ-ın maraqlarına və təhlükəsizliyinə zərər verir. Çox gec olmadan, Washington əlaqələrimizin asimmetrik ola biləcəyi səhv düşüncəsini bir kənara buraxmalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir. Bu birtərəflilik və hörmətsizlik tendensiyasını tərsinə çevirməsələr, yeni dostlar və müttəfiqlər axtarmağa başlayacağıq”.

 

Türkiyə prezidentinin bu nüfuzlu nəşrdə yazdığı “Türkiyə, ABŞ-la böhranı necə görür” məqaləsində həmçinin qarşılıqlı münasibətlər barəsində də söhbət açıb.

 

O, uzun illər davam edən müttəfiqlik münasibətlərinə toxunub:

 

“Türkiyə, illər ərzində nə zaman lazım olsa ABŞ-ın köməyinə qaçıb. Koreyada əsgərlərimiz birlikdə vuruşub. Kuba raket böhranının ən yüksək olduğu dövrdə, Türkiyə, torpaqlarında Yupiter raketlərinin yerləşdirilməsinə icazə verərək ABŞ-ın vəziyyəti sabitləşdirmə səylərinə qatqı verib. 11 sentyabr terror hadisələrində Vaşinqton bu pisliyi edənlərə qarşılıq vermək üçün dostlarını və müttəfiqlərini gözlədiyi bir dövrdə, biz NATO missiyasını uğurla yerinə yetirmək üçün Əfqanıstana göndərdik”.

 

O həmçinin yazıda FETÖ təşkilatına toxunaraq ABŞ-ın bu sahədə yardım göstərməməsini qınayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?