DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb

16:34 11-08-2018 | icon 111 | Cəmiyyət
DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığı nümayiş etdirməsinə dair videogörüntülər paylaşılmaqdadır.

 

Dövlət Sərhəd Xidmətindən Versus.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) həmin videodakı qız ilə maraqlanıb. Videoda görüntülənən 9 yaşlı Gülay və atası Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya prezidenti ilə görüşə dəvət olunublar.

 

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ağdam rayonunun Ətyeməzli kəndindən olan məcburi köçkün, hazırda Sumqayıt şəhərində məskunlaşmış Gülay və atası ilə görüşüb.

 

Görüşdə Gülay at sürməyə 4 yaşından başladığını, atçılıq idmanına böyük maraq göstərdiyini deyib. O, gələcəkdə atçılıq idmanı ilə peşəkar səviyyədə məşğul olmağın ən böyük arzusu olduğunu bildirib.

Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi vurğulanaraq, at sürən zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyi ona izah olunub.

 

General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri süvari ləvazimatları ilə təchiz edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?