"Yaxşı nəticə göstərmək üçün çalışacağam"

16:42 11-08-2018 | icon 46 | İdman
"Yaxşı nəticə göstərmək üçün çalışacağam"

Versus.Az-ın məlumatına görə, 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri tutan gimnast, “Ocaqsport” klubunu təmsil edən Nigar Usubova yarışdan razılıq edib:

 

"Hər şey alındı. Heç gözləməzdim ki, yaxşı ballar əldə edim. Lakin mən bilirəm ki, bundan da yaxşı çıxış edə bilərəm. Ona görə də yaxşı nəticə göstərmək üçün bundan sonra çox çalışacağam".

 

N.Usubova etiraf edib ki, ona Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur:

 

"Azarkeşlər baxır, bu, yüksək zövq bəxş edir. Bu gün anam və atam mənə dəstək olmağa gəlmişdi. Çıxışqabağı tribunaya baxdım, sonra yarış hərəkətləri etməyə başladım və diqqətimi topladım".

 

Gənc gimnastın sözlərinə görə, onun məşqçisi çıxışlarından razılıq edir:

 

"Məşqçi məndən çox razı qaldı və məni alqışladı. Əsas yer tutmaq deyil, yarış hərəkətlərini dəqiq və gözəl yerinə yetirməkdir".

 

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.

Bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.

 

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

 

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?