Deputat aidiyyatı orqanları süni ajiotaj yaratmamağa çağırdı

19:26 11-08-2018 | icon 81 | İqtisadiyyat
Deputat aidiyyatı orqanları süni ajiotaj yaratmamağa çağırdı

Avqustun 7-də ABŞ İrana sanksiyaları bərpa etdi. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir.

 

ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyaların 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti İranla iqtisadi əməkdaşlı edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq qura bilməməsindədir. Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır.

 

Həmçinin ABŞ ilə Türkiyə arasındakı gərginliklər artır. Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün 6,1 lirəni keçərək rekordu təzələyir. Dolların bahalaşmasına Türkiyə ilə ABŞ arasında gedən sanksiya böhranı təsir edir.

Maraqlıdır, dünyada baş verən proseslər neftin qiymətinə və Azərbaycan iqtisadiyyatına təsir göstərə bilərmi?

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli açıqlama verib.

Deputat bildirib ki, neft sadəcə iqtisadiyyat yox, həm də geosiyasət olduğundan, təbii ki, son vaxtlar dünyada baş verən proseslər neftin qiymətinə təsir edəcək.

 

“Hazırda baş verən ticarət müharibəsi şəraitində neftin qiymətinin artmasına və aşağı düşməsinə təsir edə bilən amillər bir-birinə  qarışdığından, hansının üstünlük təşkil edəcəyini indidən demək çətindir. ABŞ-ın qaynatdığı ticarət müharibəsinə həm də ucuz neft və qaz təklifi də daxildir. Əgər bu variant özünü geniş miqyasda doğrulda bilsə, təklif olunan ucuz neft və qazın həcmindən asılı olaraq enerji daşıyıcılarının qiymətinin aşağı düşməsinə, qalan amillərin xeyli hissəsi isə müəyyən vaxt kəsiyində neftin qiymətinin artmasına təsir göstərə bilər. Psixoloji amil isə hər iki istiqamətə, yəni həm qiymətin qalxmasına, həm də enməsinə  işləyə bilər”.

 

 Ə.Məsimli deyib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının  tərkib hissəsidir.

“Ona görə də dünyada baş verən hadisə və proseslər  Azərbaycan iqtisadiyyatınin dünya iqtisadiyyatı ilə daha çox inteqrasiya olunan hissəsinə nəzərəçarpan dərəcədə təsir göstərəcək. Məsələn, neftin qiymətinin qalxıb –enməsi Dövlət Neft Şirkətinin,  Dövlət Neft Fondunun, Dövlət büdcəsinin gəlirlərinə təsir edəcək. Neftin qiymətinin kəskin aşağı düşməsi,  birbaşa olmasa da, həmin aşağı qiymətlərin qalma müddətindən asılı olaraq tədiyyə balansının və xarici ticarət balansının hazırkı müsbət saltosuna mənfi təsir edə və bu isə manata da təsir edə bilər.

 

 Deputat qeyd edib ki, Azərbaycanın maliyyə bazarı dünya maliyyə bazarı ilə zəif əlaqədə olduğundan, baş verən hadisələrin bizim maliyyə bazarına birbaşa təsiri olmayacaq, amma dolayı təsiri ola bilər.

 

“Xaricdən əlverişli şərtlərlə alınan kreditlərə, sərmayələrə təsir göstərə bilər. ABŞ-ın ticarət müharibəsi digər məqsədlərlə yanaşı həm də  bir sıra ölkələrin milli valyutalarının çokdürülməsinə də yönəlib. Məsələn Rusiyaya tətbiq olunan sanksiyaların getdikcə genişlənməsi və iki ölkə arasında gərginliyin artan xəttlə  getməsi rus rubluna mənfi təsir göstərir və  onu sürətlə dəyərdən salır. Avro da, Türkiyə lirəsi və İran rialı da dəyərdən düşür”.

 

Ə.Məsimli bildirib ki, Azərbaycanın daha çox iqtisadi əlaqədə olduğu və ticarət etdiyi ölkələrin milli valyutalarının dəyərdən düşməsi manata  təzyiqi artıracaq.

 

“Ona görə də aidiyyatı orqanlar son vaxtlar manatın məzənnəsinə müsbət və mənfi təsir göstərən amillərin təsir gücünün nisbətini incələyərkən bu amili çox obyektiv və ciddi şəkildə nəzərə almalı, valyuta dəyişdirilməsinə məhdudiyyətlə qoymaq və sair bu cür üsullarla süni ajotaj yaratmamalıdırlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir