"Koronavirus təhlükəsini də unutmamalıyıq"

12:24 06-10-2020 | icon 159 | Sağlamlıq
"Koronavirus təhlükəsini də unutmamalıyıq"

"OVID-19 təhlükəsi hələ keçməyib".

 

Versus.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

 

O bildirib ki, hələ də bu xəstəliyin vaksini tapılmayıb:

 

“Bu gün böyük həyəcan içərisində Ali Baş Komandanın gördüyü işin, aldığımız torpaqların sevincini qeyd etmək üçün kütləvi şəkildə insanlar bir araya yığışır. Azərbaycanın 10 milyon insanı orduya necə kömək edəcəyini düşünür. İnsanların qan vermək, əsgərlərə yemək, paltar aparmaq kimi hadisələri müşahidə edirik. Amma biz koronavirus təhlükəsini unutmamalıyıq. COVID-19 sözünü biz o qədər eşitdik ki, bəlkə də yorulmuşuq. Amma biz bu gün əsgərlərimizi də bu pandemiyanın ağır nəticələrindən qorumalıyıq. Payız aylarında Azərbaycan səhiyyəsi pandemik alovlanmaya hazırdır. Ancaq bunun nəticəsində biz xəstəxanaya çoxlu xəstə aparsaq, hazırda cəbhədə olan həkimlərimiz bu xəstəxanalara qayıtmağa məcbur olacaq. Bunu düşünmək lazımdır.

Bu gün COVID-19-dan qorxmamaq məsələsi gündəm olmamalıdır, koronavirusa meydan oxumaq məsələsi olmamalıdır. Bu gün Azərbaycan əsgərini düşünərək, daha diqqətli olaq. Ona görə də üç sadə qaydaya (maska, sosial məsafə, gigiyenik təmizlik) daha çox əməl etməklə, pandemik vəziyyətin alovlanması ehtimalını sıfıra endirək. Bu, Azərbaycan əsgərinin, Azərbaycan ordusunun haqq yolu üçün bizim görəcəyimiz işlərdən biridir və onlara verəcəyimiz ən böyük töhfədir. Mən operativ qərargahın üzvü kimi bütün Azərbaycan əhalisindən xahiş edirəm ki, koronavirus barədə ehtiyatlı olsun, qaydalara riayət etsin. Bunu ən çox Azərbaycan əsgəri, ordumuz üçün etsin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ

Ermənistana XƏBƏRDARLIQ

Düşmən Tərtəri atəşə tutur

Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur