"Prezident çıxış edərkən onda QƏLƏBƏ ƏZMİ gördüm"

15:15 06-10-2020 | icon 184 | Siyasət
"Prezident çıxış edərkən onda QƏLƏBƏ ƏZMİ gördüm"

Əlisahib Hüseynov: "Hər kəsi Ali Baş Komandamızın ətrafında sıx birləşməyə çağırıram!"

 

"Əminəm ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr tarixli müraciəti haqqında bundan sonra da hələ çox danışacağıq. Bu çıxış həqiqətən də möhtəşəm çıxış idi, tarixi çıxış idi. Səhərisi günü az qala bütün ölkə bu çıxış haqqında danışırdı. Mən onun müraciətinin cəmiyyət tərəfindən necə böyük rəğbət hissilə qarşılandığını müşahidə etdim. Çünki Prezidentin, Ali Baş Komandanın bu çıxışı hamının ürəyindən tikan çıxarmışdı. Çıxış həm də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbəri ilə üst-üstə düşdüyünə görə ikiqat təsir gücü qazanmışdı. Prezident də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbərini xüsusi sevinc hissi ilə xalqa çatdırdı".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib:

 

"Mən Prezidentin gözlərində işıq, simasında Qələbə əzmi gördüm. Onun tezliklə böyük Qələbəni
qazanacağımıza inamı sözlərinə də yansımışdı: “Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir”.

Ali Baş Komandanımız əldə edilən qələbələrdə Azərbaycan əsgərinin rolunu və qəhrəmanlığını xüsusi qeyd elədi. O bildirdi ki, Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır və məhz onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. İlham Əliyev hərbçilərimizin qəhrəmanlığı ilə bağlı bu fikirləri qalib Ali Baş Komandan kimi dilə gətirdi və bu tarixi anı hamı – dostlarımız da, düşmənlərimiz də gördü.

Yeri gəlmişkən, Prezidentin özü də bunun fərqindədir ki, bu günlərdə Azərbaycanın şanlı tarixi yazılır. Bu tarixi Ordumuz, Ali Baş Komandanımız və Xalqımız birlikdə yazır. İlham Əliyevin də qeyd etdiyi kimi bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır və Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib".



Partiya sədri qeyd edib ki, Prezidentin bu çıxışında dərin bir əminlik hiss olunurdu. Onun xüsusi əminlik hissilə vurğuladığı ”Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə olan erməni cəhdlərinə son qoyulacaqdır” fikirlərini yüksək dəyərləndirən Ə.Hüseynov bunun belə də olacağını deyir:

 

"Bütün xalq da bu həqiqətə inanır. Əldə edilən qələbələr də bunu deməyə əsas verir. Artıq
Azərbaycan xalqının həsrətinə son qoyulur. Çünki düşmən bizə başqa yol qoymadı. Ermənistan tərəfi öz xoşuyla, sülh yoluyla torpaqlarımızı qaytarmaq istəmədi. Odur ki, son sözü Şanlı Ordumuz deməli oldu. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaq və bütün torpaqlarımız qaytarılacaqdır.

Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun
havadarlarına dərs olmalıdır və verilən dərslərdən Ermənistan nəticə çıxartmalı, təxribatlardan əl
çəkməlidir. Prezident əvvəllər də bir neçə dəfə Ordumuz tərəfindən ermənilərə dərs verildiyini, lakin düşmənin bu dərslərdən düzgün nəticə çıxarmadığını vurğuladı. Lakin bu dəfəki dərsin Ermənistanın hərbi-siyasi rəhbərliyinə çox baha başa gəldiyi şəksizdir. Prezident də bu məqamı qeyd etdi və Ermənistanın Baş nazirinin indi əl-ayağa düşüb atəşkəs üçün yalvardığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanı təcavüzkarlıqda ittiham edən qüvvələrə də açıq mesaj verdi və bildirdi ki, “Azərbaycan işğalçı ölkə deyil, başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir”. Bizim bu istəyimizdə qeyri-qanuni heç nə yoxdur. Bu bizim təbii haqqımızdır. Beynəlxalq hüquq da bu haqqımızı tanıyır.

İlham Əliyev öz çıxışında indiyə qədər aparılan danışıqıarın səmərəsizliyini, mənasızlığını da ayrıca qeyd etdi. Aparılan danışıqlar həqiqətən də öz səmərəsizliyi ilə diqqəti cəlb edir və bu danışıqların
məqsədyönlü şəkildə təyin olunmuş formatı da indiyə qədər faktiki olaraq münaqişənin
dondurulmasına, status-kvonun qorunub saxlanmasına xidmət edib. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan xalqının ümidləri ilə çox namərdcəsinə oynanılıb: ”Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Lakin xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar”. Bəs əldə edilən nəticə nədən ibarətdir? Ortada sadəcə boşa çıxmış 30 illik quru ümidlərdən başqa heç nə yoxdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 ilə yaxındır ki, kağız üzərindədir və indi yenidən atəşkəsdən dəm vururlar. Bizi növbəti dəfə atəşkəsə məcbur etmək istəyirlər. Çalışırlar ki, yenə də qeyri-müəyyən müddətdə davam edəcək yalançı “sülh danışıqları” ilə uzun müddət başımızı qatsınlar. Lakin Azərbaycan bundan sonra mənasız danışıqlarda iştirak etməyəcəkdir. Cənab Prezident bunu birmənalı şəkildə vurğuladı. Eyni zamanda qeyd etdi ki, əlbəttə, biz də sülh istəyirik, biz müharibə tərəfdarı deyilik. Lakin sülh danışıqlarının konkret predmeti olmalıdır, məğzi olmalıdır. Atəşkəsin bərpası və sülh danışıqlarının davam etdirilməsi üçün əvvəlcə torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. Yalnız işğal edilmiş torpaqlarımızdan erməni silahlı qüvvələrinin çıxarılmasının konkret cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Və hələ bu da son deyil. Əgər Ermənistan tərəfi atəşkəsin bərpa olunmasını istəyirsə, Ermənistanın avantürist Baş naziri Azərbaycan xalqından üzr istəməlidir. Prezidentimiz bu məsələdə olduqca prinsipial mövqe tutur. Bu düzgün mövqedir və biz də Prezidentimizin bu mövqeyini təqdir edirik. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim cəmi bir şərtimiz var: Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. Əks halda, heç bir atəşkəsdən və sülh danışıqlarından söhbət belə gedə bilməz. Odur ki, İlham Əliyevin də bildirdiyi kimi indi Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır".

MHP sədri vurğulayıb ki, Prezidentin xalqımıza müraciətində həm Paşinyanın haqqında, həm Qarabağdakı qondarma rejimin “rəhbəri” Araik Arutyunyan haqqında, həm də Ordumuzun şiddətli əks-hücum zərbələri qarşısında tam gətirməyib silahını, bayrağını atıb qaçan erməni əsgərləri haqqında sadə xalq dilində, xalq deyimləri ilə səsləndirdiyi fikirlər də hamımının ürəyincə olub:

 

"O, diqqəti erməni xislətinin mahiyyətcə qorxaq olduğuna yönəldərək qondarma rejimin “başçı”sının qorxaqlıq edərək siçan kimi qaçıb gizləndiyini bildirdi. Prezidentin qeyd etdiyi kimi biz göstərdik ki, kim kimdir: ”Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”.

Artıq bundan sonra təhrik niyyətli erməni siyasəti işləməyəcək. Qondarma “Dağlıq Qarabağ
Respublikası”nın “parlament”inin Şuşaya köçürülməsi kimi cəfəng fikirləri ortaya atmaqla Azərbaycan xalqını təhqir etmək cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaqdır. Prezident də xalqa müraciətində qeyd etdi ki, “bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir”. Yeri gəlmişkən, bugünlərdə Şanlı Ordumuz Xankəndində Araik Arutyunyanın “andiçmə mərasimi”nin keçirildiyi binanı da artıq darmadağın edib. Bəli, indi Ordumuz cəbhədə, hərb meydanında xariqələr göstərir, Ali Baş Komandanımız da öz çıxışları ilə
əsl döyüş, mübarizə nümunəsini ortaya qoyur. Mən dövlət başçımızın mübarizə əzmini, qətiyyətini
yüksək qiymətləndirir və bir daha hər kəsi Ali Baş Komandamızın ətrafında sıx birləşməyə çağırıram!"


SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

İşğaldan azad olunan Hadrut qəsəbəsi - VİDEO

Azərin Türkiyədə terrorçu Ermənistanın Azərbaycana hücumlarından danışdı

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi