"Dayansaq, münaqişənin həlli yenə də uzanacaq" - VİDEO

09:36 07-10-2020 | icon 125 | Siyasət
"Dayansaq, münaqişənin həlli yenə də uzanacaq" - VİDEO

Fuad Əliyev: "Birliyimiz ordumuz üçün ən böyük dəstək olacaq"

 

“Sona gədər getməliyik. Onların hansısa şərti ilə döyüşü dayandırsaq, onda bu münaqişənin həlli yenə də uzanacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13” youtube kanalına Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təxribatları şərh edərkan bildirib.



“Beynəlxalq təşkilatlar və bəzi ölkələr bizi sülhə dəvət edirlər, hərbi əməliyyatların dayandırılmasını istəyirlər. Dövlət başçısı çox aydın və net şəklində bu məsələyə öz mövgeyini bildirdi. 27 ildir ki, biz bu sülh danışıqlarda iştrak edirik, amma ermənilər bu müddət ərzində danışıqlar prossesini və atəşkəsi pozublar. Biz beynəlxalq hüquqa əsasən öz torpaqlarımız uğrunda vuruşuruq, işğalda olan torpaqlarımızı azad edirik.”


Daha sonra Fuad Əliyev qeyd edib ki, bu ilin əvvəlindən Paşinyan sülh danışıqlarından açıq şəkldə imtina etmişdi və hərb ritorikası ilə yeni işğala hazırlaşırdı:



“Bu ilin iyul ayında buna cəhd edilmişdi. Bu alınmayandan sonra ikinci cəhd sentyabrın 27-si oldu. Hesab edirəm ki, onların cavabı layiqincə verilir. Və bu məsələdə biz partiya olaraq dövlət başçısının qərarını dəstəkləyirik. Və artıq ordumuz bir neçə kənd və rayon mərkəzini, strateji yüksəkliyi azad edib. Ermənilərin bir neçə alayı, hərbi texnikası məhv olub.”


Azərbaycan hansı hallarda danışıqlara getməlidir sualına ALDP sədri belə cavab verib:



“27 ildir bu danışıqlarda iştrak etmişik. Bu danışıqların nəticəsi olmalıydi ki, muharibə başlamasın. Nəticə olmadığına görə biz cavab olaraq əks-hücumlarla muharibəyə getdik. Hesab edirəm ki, biz axıra qədər getməliyik. Onların hansısa şərti ilə döyüşü dayandırsaq, onda bu münaqişənin həlli yenə də uzanacaq.”

 

F.Əliyevin fikrincə ATƏT-in Minsk qrupu 27 ərzində “turist” kimi gəlib gediblər, heç bir irəliləyiş olmayıb.


“BMT-nın 1992-ildə 4 qətnaməsi həyata keçməyibsə və biz hansısa danışıqlara başlasaq, bu məsələ yenə də uzanacaq. Biz hərbi əməliyyatları davam etdirməliyik. Ermənilər başa düşməlidirlər ki, biz sona qədər gedəcəyik. Onlar bizim torpaqlaramızı boşaltmalıdırlar. Başqa şərt olmamalıdır. Bizim vətəndaşlar öz torpaqlarımıza qayıtmalıdır. Qarabağda yaşayan ermənilər əgər Azərbaycan vətəndaşlığı qəbul etmirlərsə, onda Azərbaycanı tərk etməlidirlər.“



Azərbaycan xalqı orduya necə dəstək verməlidir sualına Fuad Əliyev beə cavablandırıb:



“Azərbaycan xalqı orduya mənəvi dəstək verməlidir və kimin nə imkanı varsa, ordu üçün etməlidir. Hesab edirəm ki, biz xalq olaraq birlikdə olsaq, bu, ordumuz üçün ən böyük dəstək olacaq.”

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür