“Azərbaycan ərazi bütövlüyünü bərpa etmək əzmindədir”

09:42 07-10-2020 | icon 51 | Cəmiyyət
“Azərbaycan ərazi bütövlüyünü bərpa etmək əzmindədir”

"Azərbaycan Dağlıq Qarabağı işğaldan azad etmək əzmindədir".

 

Versus.Az xəbər verir ki, bu sözləri TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu söyləyib.

 

“Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində anti-terror əməliyyatı aparır və ya əməliyyatları Ermənistanı barışığa məcbur etmək adlandırmaq olar, amma mahiyyət etibarilə bu, bütün dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan əzəli torpaqlarımızın azadlığı üçün vətən müharibəsidir”, - deyə azərbaycanlı diplomat Dağlıq Qarabağ hadisələri ilə bağlı sualı cavablandırarkən bildirib.

 

“Artıq işğal olunmuş ərazilərin bir hissəsini azad etməyi bacarmışıq, hərbçilərimizin uğurları davam edir. Biz ərazi bütövlüyümüzü bərpa etmək əzmindəyik”, - deyə P. Bülbüloğlu fikrini tamamlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi

“Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Dövlət qurumlarında iş qrafiki dəyişdirildi