"Məntiqi və real nəticə o olacaq ki, biz haqq davamızda qələbə qazanacağıq"

12:55 07-10-2020 | icon 80 | Siyasət
"Məntiqi və real nəticə o olacaq ki, biz haqq davamızda qələbə qazanacağıq"

Şəhriyar İmanbəyli: “Azərbaycanın şərtlərinə əməl etmədən Ermənistanla danışıqlara getmək mümkün deyil”

 

Dünya güclərinin Azərbaycanı yenə də “danışıqlar masası”na dəvət etdiyi bir vaxtda  Ermənistan hərbi quldurları Azərbayacanın mülki əhalisi yaşayan ərazilərini bombalayır. Belə bir vəziyyətdə Azərbaycan Ordusu beynəlxalq hüququn tələblərini yerinə yetirərək, erməni həyasızlığına, cinayətlərinə qaşı qəti mövqeyini sərgiləməyə məcburdur və danışıqlara bir halda razıdır: Ermənistan Azərbaycan torpaqlarında öz qoşunlarını çıxarmalıdır! Elə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri və Rusiya baş nazirinin Ermənistana səfər etməsi ilə bağlı yayılan məlumatlar fonunda  Azərbaycanın bu haqq işinə yönəlik hansı danışıqların gedəcəyi müzakirə predmetinə çevrilib.

 

Versus.Az xəbər verir ki, mövcud durumu şərh edən ekspert Şəhriyar İmanbəyli bildirib ki,  bu gün Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə ordumuz irəliləyir və bu, Azərbaycan xalqının davasıdır.

 

Ekspert Prezidentin dünənki çıxışından sitat gətirərək, dövlət baççısının Ermənistan tərəfinə dəfələrlə “gəlin təkbətək görüşək”-deyə mesajlarını xatırladıb:

 

“Mövcud vəziyyət ortadadır. Bu gün Paşinyan dünyanın bir çox ölkələrinə zəng edərək, ona kömk etməsi üçün yalvarır. Üstəlik, mülki əhalini atəşə tutmaqdan da çəkinmir, ərazilərimizdə mülki əhalimizi”.

 

Ş.İmanbəyli belə bir situasiyada ermənilərin həmçinin Azərbaycan tərəfinə qarşı dezinformasiyalar formalaşmağa başladığını bildirib.

 

“Ermənistan feyk profillər açıb əsassız xəbərlər paylaşır, bununla da bizi daxildən çökdürməyə çalışırlar. Bu günlərdə Mingəçevir, Abşeron istiqamətinə atılan raketlər isə içəridə xaotik vəziyyəti yaratmağa yönəlib. İnsanları qızışdırmaqla guya onları Prezidentə qarşı qaldıracaqlarını, insanlarımızın Prerzidentdən atəşkəsi imzalamağı istəyəcəyini düşünürlər. Təbii ki, bu yalnışdır və bu gün Ermənistanın işğalçılıq siyasətinə qarşı məhz Azərbaycan xalqı olaraq silaha sarılıb hamı savaşa getməyə hazırdır. Əslində bu müharibə, ermənilərin torpaqlarımızdan çıxarılması xalqın tələbi ilə baş verir. Bu gün Azərbaycan xalqının səbri bitib, öz torpaqlarını geri almaq istəyir. Hər bir şəxs Azərbaycan Prezidentinin arxasında durub”.

 

Siyasi ekspert hesab edir ki, bu gün dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bilir:

 

“Əslində Fransa və digər ölkələr bütövlükdə Azərbaycanın suverenliyini qəbul etmiş ölkələrdir. Hər biri dünya xəritəsində Qarabağı Azərbaycanın əraziləri kimi tanıyır. Əgər Qarabağı Azərbaycanın sərhədləri daxilində tanıyıblarsa, onların ixtiyarı yoxdur ki, “atəşkəs imzalayın, yenidən danışıqlar olsun” deməyə ixtiyarı yoxdur. 30 ilə yaxındır danışıqlar aparılır və burda ATƏT-in Minsk qrupun fəaliyyəti sıfıra bərabərdir. Bir qrupda üç böyük dövlət olsun və 30 ildir bir nəticəyə gələ bilməsinlər. Bu çox acınacaqlı məqamdır”. Ona görə də bu gün cənab Prezident açıqlama verdi və bütün dünya gördü ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”.

 

Ş.İmanbəyli bu gün Azərbaycana gələn Çavuşoğlunun Azərbaycan himninin mətnindən ifadələr işlətməsi məqamına toxunub. Bildirib ki, Çavuşoğlu Türkiyənin Azərbaycanın yanında olduğunu dəfələrlə bildirdiyini bir daha önə çəkib.

 

Ekspert “Rusiya baş nazirinin Rusiyaya səfər etməsi ilə paralel, Çavuşoğlunun da Bakı səfəri Azərbaycanın haqq müharibəsində nələri dəyişə bilər” sualına birmənalı yanaşmayıb.

 

“Türkiyə bu müharibədə sadəcə Azərbaycanı mənəvi olaraq dəstəkləyən tərəf kimi çıxış edir. Bununla yanaşı Azərbaycanın haqlı davasında da ehtiyac yaranarsa əllərindən gələni edə biləcəkləlrini  bildiriblər.  Rusiya baş nazirinin  Ermənistanda səfərdə olmasının doğru və ya yanlış məlumat olması da hələlik dəqiq bilinmir. Prezidentin köməkçisi Hikmət Hacıyevin sözləri ilə desək, belə hal baş verərsə, biz sadəcə buna təəssüf edə billərik.  Belə bir müharibə şərautində Rusiya baş nazirinin sırf İrəvana səfər etməsi birmənalı qarşılana bilməz. Əgər xəbər doğru olarsa, bu məsələ ilə bağlı açıqlama verməsinə ehtiyac olacaq”.

 

Ş.İmanbəyli bildirib ki, Prezidentin bu qəti mövqeyi, Ordumuzun qəhrəmanlığı  dünyaya və erməni işğalçılarına ciddi mesaj verir və bunun mətiqi nəticəsi olacaq.

 

“Məntiqi və real nəticəsi o olacaq ki, biz haqq davamızda qələbə qazanacağıq. Prezident özünün bütün müsahibələrində də bildirdi ki, “bizim mübarizəmiz haqdır,  torpaqlarımızı geri alacağıq”. Artıq nə olursa olsun, o torpaqları güzəştə getmək və yaxud da sülh danışıqları ilə həll edilməsinin qarşısındadır. Azərbaycan Prezidenti  bəyan edib ki, Ermənistan öz qoşunlarının  qeyd -şərtsiz Azərbaycan torpaqlarından çıxarmalıdır. Təbii ki, bu, dünya arenasında çox fərqli fikirlərə səbəb olur. Tramp bir tərəfdənŞ Kakropn bir tərəfdən təzyiqlər etməyə çalışırlar, amma bu təzyiqlər etməyə çalışırlar, amma bütün bunlar böşdur.  Əgər bir ölkə digər bir ölkənin müstəqillyini tanıyıbsa onda onun öz torpaqlarında keçirdiyi əməliyyatlara qarışmamalıdır. 2016-cı ilə aprel döyüşlərində olan diplomatik əlaqələrlə, bugünkü  əlaqələr arasında çox dəyişiklik var. Həmin vaxt Fransa və Amerikanın sırf atəşkəsin elan edilməsini istəmişdi.  Amma bu gün ermənilərin təxribatlarına qarşı əks cavab veriləndə istər Amerika , istərsə də Rusiya kimi məsələlərlə bağlı Azərbaycanın işinə bu mövzularla qarışmayacağını dedi.   Bu da diplomatik məsələlərdə çox irəli getdiyimizi göstərdi.  Çünki 3-4 il əvvək bu kimi məsələlərdə atəşkəsin imzalanması və münaqişənin sülh yolu ilə həll olunmasını tələb edirdilər.  Təəssüflər olsun ki,  bu gün dünya liderləri “Emənistan- Azərbaycan torpaqlarından çıxsın” etmir.  Mən xüsusi olaraq onu demək istəyirəm ki, BMT-nin qətnamələri var və onu ölkələrin liderləri qəbul edib ki, özlərini inkişaf etmiş siyasətçilər kimi aparırlar. Amma BMT-nin qətnamələrinə məhəl qoymurlar. Bu absurd yanaşmadır.  BMT qətnamə qəbul edibsə, bütün ölkələr bununla razılaşmalıdır.  Razılaşmırlarsa, Makron və onu dəstəkləyən digər ölkələr  BMT-nin qətnamələrini heçə sayırlar”.

 

Ekspert hesab edir ki, indiki halda danışıqlar bir halda mümükündür:  “Ermənistan ağ bayrağını qaldırsın, qoşunlarını torpaqlarımızdan çıxarsın. Azərbaycanın şərtlərinə əməl etmədən danışıqlara getmək mümkün deyil”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”